Bayramlar insanları həm mənəvi, həm də sosial baxımdan zənginləşdirir. Ailə, qohumlar və ictimai münasibətlərin yaxşılaşdırmaq baxımından böyük əhəmiyyətə malikdir. Uşaqlar bayram günlərində yaxınlarını görmək, böyüklər üçün qohumlarla keçirdikləri vaxt bayram günlərini daha əyləncəli hala salır. Bayramlar bir araya gəlmək üçün bir gözəl fürsətdir. Bayramlar ailə bağlarını gücləndirici təsir göstərdiyi üçün şəxsin “tək” olmadığının və sosial mühitdə özünü təhlükəsiz hiss edə bildiyinin göstəricisi kimi də qiymətləndirilə bilər. Bayramlara sevgi, hörmət, həmrəylik və bir-birini anlamağa çalışmaq kimi insani dəyərlər daxildir. Sevdikləri insanlarla birlikdə olmaq sevindirir və tək olmadığı hiss etdirir. Bir növ bayramlar psixoloji terapiyadır. Bayramı bayram edən bir araya gəlmək, əylənmək, şənlənməkdir. Dünyanın məşğuliyyətlərindən uzaqlaşa bilmək, şəxs olaraq özünə və yaxınlarına boş vaxt ayıra bilməkdir.
Bayramlar, qeyd etdiyimiz kimi, günümüzün həyatında böyük əhəmiyyət kəsb edir, sevinc mənbəyi olsa da, bəzi ailələr üçün bu stresli dövrlərə çevrilə bilir. Bayramlar yaxınlaşdıqca həyat yoldaşları arasında əsəblər gərginləşə bilər. Bayramların ən vacib vəzifələrindən biri olan ailə, həyat yoldaşları arasında yaranan fikir ayrılıqları ilə qarşıya çıxa bilər. Müxtəlif şəhərlərdə yaşayan ailə ağsaqqalları ilə ər-arvad arasında bayramdan əvvəl hansı ailə ilə bayram keçirəcəkləri ilə bağlı fikir ayrılıqları yaranmağa başlayır. Hər bir ailənin ağsaqqalı və ya cütlüklərdən biri özünəməxsus əsaslandırmalar göstərərək övladlarının bayramı onlarla keçirməsini arzu edə bilər. Empati olmasa, bayramlar məyusluqlarla sonlana bilər.
Əgər bayramlar qeyd etmək, bir araya gəlmək, əylənmək üçün bir fürsətdirsə, bu gözəl günləri gözəl keçirmək lazımdır. Bəzi ailələrdə bu ədalətli tarazlığı çox rahat şəkildə qurmaq olar. Həyat yoldaşını, dostlarını, sevdiklərini görmək, onlarla vaxt keçirmək hər kəs üçün çox dəyərlidir. Ancaq bu qiymətli vaxtlara sahib olmaq üçün qarşıdakı insanın da eyni istəyin olduğunu unutmamaq lazımdır. Beləliklə, bayramlarla bağlı həyat yoldaşları arasında empatiya təmin ediləcək. “Bu bayrama ki gedəcəyik” müzakirəsini bir kənara qoyub ədalətli proqram hazırlamaq olar. Cütlər orta yolu birlikdə tapa və birlikdə planlaşdıra bilərlər. Ailələr arasında gediş-gəliş üçün növbələr də müəyyən edilə bilər.
Bayramda sevdilərinizlə birlikdə olun. Onlarla unudulmaz xoş günə çevirin. Bu bayram da sizlərə uğur gətirin. Sizləri ömrünüzün günlərini xoş keçməsini və qarşınıza çıxan çətinliklərlə sağlam şəkildə həll etməyi arzu edirəm. Sevgi və sağlıqla qalın.
Zümrüd Haqverdiyeva
“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu