2

Professor SDU-nun kitabxanasına Ulu Öndərin 100 illiyi ilə bağlı 100 kitab hədiyyə etdi

Baxış sayı: 579

Kitab sivilizasiyanın ən dəyərli və uzun ömürlü sərvətidir. Min illər bundan əvvəl ərsəyə gəlmiş kitablar bu gün də dəyərləndirilir və gələcək nəsilə ötürülür. Hamıya məlumdur ki, Ulu Öndər Heydər Əliyev kitabı çox sevirdi və ona böyük dəyər vermişdir:“Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”.

2023-cü il may ayının 2-də Sumqayıt Dövlət Universitetinin elmi kitabxanasında “Heydər Əliyev İli” çərçivəsində növbəti maraqlı tədbir keçirilmişdir.

4

Tədbiri giriş sözü ilə açan Elmi kitabxananın müdiri Nailə Əmrahova universitetdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə rəngarəng mövzularda müxtəlif layihələrin baş tutduğunu bildirdi. O, qeyd etdi ki, “İqtisadiyyat və İdarəetmə”Fakültəsi “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru Şəfa Əliyev şəxsi kitabxanasının əhəmiyyətli hissəsiniElmi Kitabxanaya hədiyyə etmək təşəbbüsü ilə çıxış edib. Bu, “Heydər Əliyev İli”ndə kitabxanamız və onun oxucuları üçün yaddaqalan hadisələrdən biri olacaqdır.

“İqtisadiyyat və İdarəetmə fakültəsi”nin dekanı, dosent Aynurə Yəhyayeva çıxışında universitet rəhbərliyinin – rektor professor Elxan Hüseynovun Elmi kitabxananın ədəbiyyat fondunun zənginləşdirilməsi, elektron kitabxananın yaradılmasında xidmətini qeyd eetdi. Sonra AynurəYəhyayeva professor Şəfa Əliyevin diqqətəlayiq addımının digər əməkdaşlar üçün də nümunə olacağına ümidvar olduğunu bildirdi. “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının müdiri, dosent Məlahət Pənahəliyeva anoloji addımların ancaq kitabxanamız üçün əhəmiyyət daşımadığını, burada iştirak edən tələbələr üçün tərbiyəvi əhəmiyyət daşıdığını bildirdi.

1

İqtisad elmləri doktoru, professor Şəfa Əliyev şəxsi kitabxanasından Universitetin Elmi kitabxanasına hədiyyəsinin Ümummilli Liderin 100 illiyi ərəfəsində baş tutmasını təsadüfi olmadığını diqqətə çatdırdı. Bunun, “Nə oxuduğunu de, mən deyim sən kimsən”- sözlərini mütəmadi xatırladan böyük dövlət adamının yubileyində baş verməsindən şad olduğunu bildirən professor tələbələri və tədqiqatçıları daha çox kitab oxumağa səsləyərək dedi: “Kitab, bütün zamanların ən qiymətli resursu hesab olunur və çox yaxşı ki, bu gün də belədir”.

Tədbirin sonunda professor Şəfa Əliyev tərəfindən 56 adda, müxtəlif mövzularda 100 kitab Elmi kitabxanaya hədiyyə edildi və tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

3

5




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir