08797116-da0e-4aa2-8bb4-2a7c8350399a

Payız fotosessiyasına gedənlərə xəbərdarlıq: Bu təhlükə yarpaqların arasında gizlənir

Baxış sayı: 508

Payızda tökülmüş yarpaqların arasında fotosessiya etmək istəyənlər diqqətli olmalıdır. Həkim Denis Prokofyev xəbərdarlıq edib ki, gənələr havalar tam soyuyana qədər aktiv olaraq qalır və yarpaqların arasında gizlənərək insanlara yapışa bilər.

Həkimin sözlərinə görə, gənələr qışdan sonra havanın temperaturu müsbətə qalxdıqda aktivləşir və davamlı şaxtalar başlayana qədər bu vəziyyətdə qalır. Bu səbəbdən saralmış yarpaqların arasında keçirilən fotosessiya zamanı gənə ilə təmas riski realdır.

Mütəxəssis payızda təbiətdə gəzintidən sonra insanların özlərini diqqətlə yoxlamalarını tövsiyə edib. Gənələrdən qorunmaq üçün qapalı geyimlərdən və xüsusi qoruyucu vasitələrdən istifadə etmək, həmçinin gənə ensefalitinə qarşı peyvənd olunmaq məsləhətdir.

Həkim gənə dişlədiyi halda xalq arasında yayılan üsullardan istifadə edərək paraziti çıxarmağa çalışmağın düzgün olmadığını bildirib. Onun sözlərinə görə, gənəni xüsusi vasitə ilə çıxarmaq, yaranı dezinfeksiya etmək və həkimə müraciət etmək lazımdır.

 

Adəm




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir