sac

Yay üçün ən dəbli saç düzümləri

Baxış sayı: 526

Stilist Sam McKnight 1990-cı illərin həcmli saç düzümlərini bu yayın trendi adlandırır. Belə ki, o, bu saç modelinin uzun illər dəbdən düşmədiyini və gələcəkdə də trendlər arasında həmişə olacağını bildirir.

Bundan əlavə, “glam rok” adlı saç düzümü də trendlərdən biridir. Mütəxəssislərin fikrincə, 1970-ci illərdə xüsusilə məşhur olan dağınıq saçlar qarşıdan gələn yay mövsümündə yenidən dəbə minəcək.

“Saçları boyun və ya qulaqlara qədər kəsdirməyə çalışın. Saç modeli yanaq sümüklərini və çənə xəttini daha yumşaq göstərəcək”, – stilist açıqlayıb.

Həmçinin, bir düyümlə bağlanmış at quyruğu saçlar da bu sezon aktual olacaq. Saçınızı at quyruğu halına salın, iki hissəyə bölün və sonra bir düyünlə bağlayın. Əgər nazik saçlarınız varsa, onları bir dəfə bağlayın və sancaqlayın.

Stilistin sözlərinə görə, saçınız nə qədər səliqəsizdirsə, bir o qədər yaxşıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir