istirahet

Bu yay harada istirahət edək?

Baxış sayı: 585

Yay fəslinin ən unudulmaz hissəsi istirahətə ayırdığımız zamandır. İstirahət dedikdə isə ağıla gələn ilk şey səyahətdir.

Maraqlıdır, bu il ölkəmizdəki turizm sahəsini nələr gözləyir? Ümumiyyətlə, turistlər bu il daha çox hansı regionlarımıza üz tutacaqlar? 

Məsələ ilə bağlı danışan turizm üzrə ekspert Cabir Dövlətzadənin sözlərinə görə, iyun ayı etibarı ilə orta məktəblərin və əksər iş yerlərinin bağlanması səbəbi ilə bölgələrimizə kütləvi turizm axını başlayır:

“Bu həm ərəb ölkələri, həm Rusiya və digər qonşu ölkələrdən gələn turistlərə də aiddir. Bu da mərkəzi və regiondakı otellərin dolmasına böyük töhfə verir. Bu səbəblə də turizm sahəsi 2023-cü ildə pandemiyadan qabaqkı dövrü keçəcəyi gözlənilir. Hazırda proqnozlar bu yöndədir.

Qarabağa səfərlər məsələsinə gəlincə, hazırda orada yenidənqurma işləri gedir. Sadəcə avtobus xətləri təşkil olunub ki, o da onlayn şəkildə müraciət edə bilərsiniz. Lakin hazırda yaranmış vəziyyətlə əlaqədar avtobus xətləri müvəqqəti olaraq dayandırılıb.

Ən çox turizm axını yaxın bölgələri desək, Quba, Şamaxı, Qəbələ, Şəki. Cənub bölgələrindən danışsaq, Lənkəran, Astara, Yardımlı, Lerik zonalarına turizm axını gözlənilir.

Xüsusən də məktəblərin bitməsi ilə əlaqədar yerli turistlər də bu axına cəlb olunub. Çünki məktəblər bağlanan vaxt müəllimlər şagirdlərlə birgə rayonlarımıza mini turlar təşkil edir. Elə bu səbəbdən turizm sahəsinə yerli turistlər töhfə verir”.

ISTIRAHET

Bəs, qiymətlərdə artım olacaq?

Cabir Dövlətzadə bildirir ki, tətil mövsümi başlayan zaman qiymətlərdə 15-20% artım olacaq:

“Hər şey təklif və tələbə bağlıdır. Buna görə də qiymətləri bazar iqtisadiyyatı tənzimləyir. Misal üçün “Formula1” zamanı turist axını çox olduğu üçün tələbat yüksək oldu. Və mərkəz otellərdə qiymətlər 100-200%-ə qədər artmışdı. Bu da onu göstərir ki, tələb nə qədər çox olsa, o qədər qiymət artımı olacaq”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir