CIZGI FILMI

Cizgi filmlərində ölüm daşıyan məqamlar

Baxış sayı: 570

Böyük Britaniya və Kanadadan olan mütəxəssislərin daxil olduğu beynəlxalq tədqiqat qrupu kino tarixində ən çox gəlir gətirən 45 cizgi filmini araşdırıb. Bu araşdırmanın nəticəsində alimlər “Cizgi filmləri öldürür” adını alan hesabatı formalaşdırıb.

Tədqiqatçılar (London Universitet Kollecinin və Ottava Universitetinin əməkdaşları) belə qənaətə gəliblər ki, məşhur cizgi filmləri öz kontekstində son dərəcə şiddətli olması ilə hətta böyüklər üçün nəzərdə tutulmuş filmləri belə “ötüb keçir”.

Sevimli uşaq əyləncəsi hesab edilən “cizgi filmləri” reallıqda uşaqlara normal cəmiyyətdə qəbuledilməz ünsiyyət yollarını nümayiş etdirir.

Tədqiqatçıların fikrincə, hər üç cizgi filmindən ikisində (halların 60 faizindən çoxu) baş qəhrəmanlar ölür. Bu arada, böyüklər üçün çəkilən filmlərdə baş qəhrəmanların belə taleyi halların yalnız yarısında müşahidə olunur.

Ölüm və faciəvi hallar, tədqiqatçıların müşahidə etdiyi kimi, ümumiyyətlə, cizgi filmlərində ən çox yayılmış süjetlərdən biridir. Mütəxəssislər müəyyən ediblər ki, uşaq cizgi filmlərinin baş qəhrəmanlarının valideynləri böyüklər üçün çəkilən filmlərə nisbətən beş dəfə çox ölür.

CIZGI FILMI

Beləliklə, məsələn, “Nemonu tapmaq” cizgi filmində baş qəhrəmanın anası artıq beşinci dəqiqədə dəniz yırtıcısı tərəfindən öldürülür. Tarzanda Tarzanın valideynləri də beşinci dəqiqədə ölür.

Tədqiqatçılar ən populyar 45 cizgi filminə baxdıqdan sonra belə qənaətə gəliblər: “Uşaqlar üçün cizgi filmləri guya ən məsum əyləncə növüdür, lakin onlar sözün əsl mənasında ölüm və qətllə doludur”. Valideynlər cizgi filmi seçimində ehtiyatlı olsun




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir