yaz

Xərçəng xəstəliyinin müalicəsi haqqında maraqlı faktlar

Baxış sayı: 28. 232

Xərçəng xəstəliyinin ilkin əlamətlərinə əhəmiyyət verməyən bir çox insan sonralar bu xəstəliyin müalicəsində ciddi çətinliklərin olması səbəbindən onun qurbanına çevrilir.

Həkimlər ilkin mərhələdə müdaxilə edildiyi zaman xərçəng xəstəliyinin müalicə olunduğunu bildirirlər.

1. Ayaqyoluya tez-tez getmək

Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidiyə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik, adətən, orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamət yumurtalıq xərçəngi zamanı da müşahidə oluna bilər.

2. Süd vəzisində dəyişikliklər

Ən çox süd vəzisində görülən kütlələr xərçəngin müjdəçisi kimi tanınsa da, döşdəki hər kütlə xərçəngin əlaməti deyil. Ancaq hər il mütəmadi olaraq süd vəzilərini müayinədən keçirmək erkən diaqnoz və müalicə üçün çox əhəmiyyətlidir. Döş dərisində ləkə, döş ucunun içə qayıtması, axıntı, qızartı, ya da dəri rəngində fərqlilik gördükdə mütləq həkimə müraciət edin. Həkiminiz mamoqrafiyadan sonra təhlükə olub-olmadığını müəyyən edəcək.

3. Səsin tutulması

Çox zaman səsin tutulması soyuqlama, qrip, allergiya kimi xəstəliklərin əlaməti hesab edilir. Amma bu hal uzun müddət davam edirsə, diqqətli olun. Xüsusilə siqaret çəkən şəxslər pis vərdişlərini tərgitməyə çalışmalıdır. Bu zaman həkimə müraciət etmək qırtlaq və ağciyər xərçənglərinin erkən müəyyən edilməsinə kömək edə bilər.

4. Menstruasiya dövrü olmadığı halda qanaxmaların olması

Menstruasiya olmadığınız halda ləkə şəklində axıntı gəlirsə, mütləq ginekoloqa müraciət edin. Bu qana bənzər axıntının bir çox səbəbi ola bilər. Həkim endometrial xərçəng (uşaqlıq xərçəngi) riskini müəyyən etmək üçün analizlər təyin edəcək. Xüsusi ilə klimaks dövrünə daxil olduğunuz zaman gecikmədən həkimə müraciət edin.

5. Dəri rəngində dəyişikliklər

Xalların ölçüsündə, formasında və rəngində dəyişiklik dəri xərçəngi xəstəliyinin də əlaməti ola bilər. Bu kimi hallarda  həkimə müraciət edilməsini tələb edir.

6. Nəcisdə qan

Babasil və ya anal dəlikdən qaynaqlanan qanaxmalar ən çox bir və ya iki gün çəkir. İki gündən çox davam edən qanaxma olarsa, mütləq həkimə müraciət edin. Çünki bu əlamət bağırsaq xərçənginin də xəbərçisi ola bilər. Qanlı sidik isə sidik kisəsinin və böyrək xərçənginin ilk əlaməti hesab olunur.

7. Limfa düyünlərində şiş olarsa

Limfa düyünləri bədənin ətrafında kiçik və lobya şəklindəki olur. Orqanizm infeksiyalara yoluxduğu zaman bu kimi şişkinliklər təbii qəbul edilir. Ancaq leykemiya və lenfoma kimi bəzi xərçəng növləri limfa vəzilərinin şişməsinə səbəb ola bilər. Limfa vəzilərində dəyişiklik – qoltuq və ya boğazaltı limfa düyünlərində şişkinlik hiss olunarsa, diqqət olmaq lazımdır. Əgər şişlər bir ay və ya daha çox müddətdir ki, yumru şəklindədirsə, mütləq həkim nəzarətindən keçin.

8. Udma problemləri

Hər kəs hərdən bir udma problemləri yaşaya bilər, bunun üçün narahat olmağınıza ehtiyac yoxdur. Ancaq qusma varsa, həddindən artıq arıqlamısınızsa, üstəlik də udma probleminiz varsa, mütləq həkimə müraciət edin. Həkim boğaz, udlaq borusu və mədə xərçəngi diaqnozunu yoxlamaq üçün müxtəlif analizlər tələb edəcək.

9. Şişkinlik

Əgər qarnınızda bir şişkinlik var və bu iki həftədən çox davam edirsə, mütləq həkimə müraciət edin. Bu əlamət yumurtalıq xərçənginin ilkin, bəzən isə yeganə əlaməti ola bilər. Qarındakı şişkinlik ölüm riski olan bağırsaq xərçənginin də əlamətlərindən biri sayıla bilər. Problemin səbəbini axtarmaq üçün ginekoloji müayinə, qan testləri və ultrasəs müayinəsi edilir.

10. Dırnaq üzərində cızıqlar

Ayaq və ya əl dırnaqlarında müşahidə edilən tünd rəngli cızıqlar dəri xərçənginin əlaməti ola bilər. Bu əlaməti qulaqardına vurmaq lazım deyil. Bundan əlavə, xroniki yaralar, yara izləri, bəzi rəngi və ya forması dəyişik olan xallar belə xərçəngin erkən müəyyən edilməsində böyük rol oynayır.

11. Pəhriz saxlamadığınız halda qəfildən arıqlamısınzısa…

Pəhriz və idman vərdişlərində heç bir dəyişiklik olmadığı halda birdən-birə  arıqlamaq yaxşı əlamət deyil. Daha ağır nəticələrlə qarşılaşmamaq üçün səhhətinizə laqeyd yanaşmayın, mütləq həkimə müraciət edin. Həddindən artıq arıqlamaq mədəaltı vəzi, mədə və ağciyər xərçənglərinin də əlaməti ola bilər.

Arıqladığınızı ciddi stress ilə əlaqələndirə bilərsiniz. Lakin unutmayın ki, stress arıqlamağa səbəb olduğu kimi çox ciddi xəstəliklərə də yol açır.

12. Mədə yanması

Çox yemək, spirt və ya stress mədə qıcqırmasına səbəb ola bilər. Mədə yanması və qıcqırması problemini aradan qaldırmaq üçün pəhriz saxlamaq təklif olunur. Lakin pəhriz saxladığınız halda mədə ağrısı davam edirsə, həkimə gedin. Mədə yanması mədə, boğaz və yumurtalıq xərçənginin də xəbərçisi ola bilər.

13. Ağızda dəyişikliklər

Əgər siqaret çəkirsinizsə, həmçinin ağız içində və ya dodaqlarda ağ və ya parlaq qırmızı ləkələr varsa, bu əlamətlər ağız xərçənginin xəbərçisi ola bilər. Testlər və müalicə haqda həkimlə məsləhətləşin.

14. Yüksək hərarət

Düşməyən və səbəbi bəlli olmayan yüksək hərarət leykemiya və ya başqa bir qan xərçənginin xəbərçisi ola bilər. Bu səbəblə düşməyən və tez-tez təkrarlayan hərarət zamanı mütləq həkimə gedin.

15. Öskürək

Çox vaxt qrip və soyuqdəymənin simptomu kimi məlum olan öskürək 3-4 ay davam edərsə, həkimə müraciət etmək lazımdır.

16. Yeməkdən sonra həzm problemi

Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəzi xərçəngi ən çətin müalicə edilən xəstəlik olduğu üçün erkən diaqnoz qoyulmalıdır. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahanın itməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.

17. Ağrı

Xərçəngin ilk əlamətləri ağrıya səbəb olmur. Amma bədəndə davam edən ağrı sümük, beyin və ya digər xərçəng xəstəliklərinin göstəricisi ola bilər. Bir ay və ya daha uzun davam edən və səbəbi açıqlanmayan ağrılar üçün mütləq həkimə müraciət edin.

18. Qarın ağrısı və depressiya

Çox nadir olaraq görülsə də, qarın ağrısı və depressiya mədəaltı vəzi xərçənginin əlamətləridir. Bu səbəbdən mütləq ətraflı müayinə üçün həkimə müraciət edin.

 

Publika.az




7 şərh “Xərçəng xəstəliyinin müalicəsi haqqında maraqlı faktlar

  1. Kamran

    bedende xercengin huceyrelerini oyadan şirin qidalar ve alma qeti suretde qidalanmaq olmaz

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir