29490

“Uşaq Qaynar Xətt” xidməti – TANIŞ OLAQ

Baxış sayı: 36. 758

2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi, OMBUDSMAN İnsan Hüquqları üzrə Müvəkkili, Uşaq Hüquqları üzrə QHT Alyansı və “Ümidli Gələcək” Gənclər Təşkilatı, Azercell Telecom Şirkətinin dəstəyi ilə, UNİCEF, “Uşaqların Xilası”, “Dünyaya Baxış”, beynəlxalq təşkilatları ilə birlikdə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətini təsis etmişlər.

Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti Niderlandın paytaxtı Amsterdamda yerləşən və 100-dən çox uşaq qaynar xətlərini özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xəttlər təşkilatının tam hüquqlu üzvüdür.

Fəaliyyət göstərdiyi 5 il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemləri əhatə edən 11.500-dən çox zəng daxil olmuşdur. Abonentlərin müraciətləri müxtəlif sahələri əhatə edən problemlərin həlli ilə bağlı olmuşdur.

Bununla belə, hələ də Azərbaycanın bölgələrində emosional-psixoloji, eləcə də mənəvi və hüquqi yardıma ehtiyacı olan, lakin hara müraciət etmək barədə məlumatı olmayan minlərlə uşaq və gənclər var. Həmin uşaqlara və onların valideynlərinə dəstək olmaq, onlara lazımi məsləhət vermək və müxtəlif icma əsaslı xidmətlərə yönəltmək üçün təşkilatımız tərəfindən 2014-cü ilin 19 dekabr tarixində Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Boeing, Avirtel MMC ilə birgə əməkdaşlıqla və Azercell MMC-nin maliyyə dəstəyi ilə Gəncə şəhərində “Gəncə Regional Uşaq Qaynar Xətt” xidməti yaradılmışdır.

“Uşaq Qaynar Xətt”i uşaqlar üçün yardım xidməti kimi yarandığı üçün zənglər pulsuzdur. Şəhərlərarası danışıqların ödənişli olamsını nəzərə alaraq, 2012-ci ilin fevral ayından “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti, 2014-ci ilin dekabr ayından etibarən isə “Gəncə Regioanl Uşaq Qaynar Xətt” xidməti Avirtel MMC-nin dəstəyi ilə toll-free nömrə (“Azərbaycan Uşaq Qaynar Xətt”xidməti: 088-480-22-80;  “Gəncə Reional Uşaq Qaynar Xətt”xidməti:088-256-20-40) ilə təmin olunmuşdur. Bu nömrəyə zəng edərkən siz tərəfdən heç bir xidmət haqqı ödənilməyəcəkdir.

“Azərbaycan Uşaq Qaynar Xətt”xidmətinin əlaqə nömrələri (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80 –dir.

“Gəncə Regional Uşaq Qaynar Xətt”xidmətinin əlaqə nömrələri (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; və (088) 256 20 40-dır.

“Uşaq Qaynar Xətt” xidmətinin şəhərdaxili nömrəsinə şəhəraxili telefonlardan edilən zənglər, həmçinin toll-free nömrəsinə rayonlardan edilən zənglər pulsuzdur. Şəhərdaxili nömrə və toll-free nömrəsinə həftə içi 5 gün saat 09:00-dan – 18:00- a kimi zəng edə bilərsiniz. Mobil nömrələrə isə günün istənilən vaxtı xidmətinizdədir. Ola bilsin ki, bəzən xətt məşğul olsun. Xahiş edirik ki, bir daha zəng vurmağa cəhd edəsiniz və biz sizə mütləq cavab verəcəyik!

“Uşaq Qaynar Xətt” xidmətinin işçi heyyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar  və sosial işçilərdən ibarətdir.

“Uşaq Qaynar Xətt” xidmətində ən vacib prinsiplərdən biri məxfilikdir. Siz bizə zəng edərkən özünüz barəsində heç bir şəxsi məlumat verməyə bilərsiniz. Sizin telefon nömrələriniz qeyd olunmur və söhbətin audio yazılışı aparılmır. Yalnız uşağın və valideynin icazəsi olduqda problemin həlli bunu tələb edirsə müraciət digər müvafiq təşkilatlara çatdırıla bilər.

Siz istədiyiniz vaxt yardim@usaqxetti.az elektron ünvanına, http://www.facebook.com/ AzerbaijanChildHelpline ünvanına məktub, mobil telefonuna SMS göndərə bilərsiniz. Bizim məsləhətçilər sizin suallarınızı mütləq cavablandıracaqlar. “Uşaq Qaynar Xətt” xidməti barəsində ətraflı məlumatı www.usaqxetti.az  internet səhifəsindən əldə edə bilərsiniz.

29490

B62F4248-4590-4E50-AAB5-E6F0FE4ABB04_w640_r1_cx0_cy1_cw0_s




8 şərh ““Uşaq Qaynar Xətt” xidməti – TANIŞ OLAQ

  1. Nicat

    Salam, menim adim Niicatdir. men gence prospektinden nenemin evinden size mesaj atiram.men Menim 13 yasim var.men balakisiyev nicatam.Menim sikayetim “anamdandir”anam adi cobanova naidedir.men evin ilkiyem.Nenem meni cox sevdiyine gore anam menimle yola getmir.Dunen qardasim elhad ile gulesirdim,anam nedendirse gelib ustume cumub menim elimi disdedi ve dirnagi ile cirdi.elimin ustunde hel de izi qalib.Atama vhatsapp ile seklini cekib yolladim amma anam qardasimi oyretdi ki,ve atamin yaninda yalanci cixartdi.Guya ki, bunlari qardasim edib.Men evimize getmeye qorxuram ve istiyerdim ki, siz menim valideynlerimin mene qarsi yaxsi davranmagini soyluyesiniz.anam nenemgile gelmeyime cox problem yaratdigindan menim qerarim ya nenemgilde ya da interntda qalmaqdir.Xahis edirem mene komek edesiniz.

    Cavabla
    1. Nicat

      Men sadece qonwuyam ve nenesigile notbukum bu sebebden getirmisem, elaqe nomresini hem uwagin ,hem de nenenin mektub aldiqdan sonra size verim.

      Cavabla
  2. Gənc Ailə Post author

    Salam.
    Sizin müraciətiniz qeydə alındı.
    Bu barədə Gəncə Regional Uşaq Qaynar Xətt Xidmətinə məlumat verilib.
    Sizdən əlaqə üçün hər hansı bir telefon nömrəsini info@gencaile.az mail ünvanına və ya 051 251 03 00 nömrəsinə yazmanızı xahiş edirik.

    Cavabla
  3. Sedef salmanova

    Salam
    .menim qizim hidrosefaliya asagi etraflarin parezi xesteliyinden eziyyet cekir.pulsuz derman almaq isteyirdik dovletden.mualiceleri cox gec gec olunur.imkanimiz yoxdu.xahis edirem bize komeklik edesiz.

    Cavabla
  4. Elcin

    Salam men Elcin Zulfuqarli Sumqayit Seherinde yasayiram Kecmis yoldasimdan ayrilandan Ana usaqlari incidir defelerle isgence bele edir kime sikayet etsemde baxilib qadinin ustunluyunu cixariblar ele fikirlesirler ki men usaq ucun calisiram ki ozum saxlayim ama ele deyil Allah goyde baxir ki Qadin usaqlara baxmir seher saat 8 de isine gedir axsam 9 da gelir usaqlara qonsu qohumlari baxirlar usaqlar bezi vaxt ac bele qalirlar Xais edirem komek edin Elcin 0703889899

    Cavabla
  5. Celilova Dilare

    Salam. Men Celilova Dilare CELİL qizi 17 yasim var.Size Gence seherinden muraciet edirem . Men size muraciet etmekde sebeb odur ki.biz bir ilden artiqdir ki, kirede qaliriq. Yeni nenemin adina olan evde qeydiyatdayiq ve nenem bizi eve buraxmir, atamda anasi ile birdir . Anam bizi gucle saxliyir aldigi mass ev kirelerine guvle catir .Biz gunu gunden mehve dogru gedirik.Ele gun olur yemeye yemek bele zorla aliriq .Anam eve gore mehkemeye muraciet etsede ,nenem her yolla bizi eve qoymamaga yol tapir. Buda menim ,bacimin ve qardasimin pisxologiyasina tesir edir . Sizden xahisim bize komek edesi ki,bizde oz evimize koce bilek.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir