Ağız qoxusu
Hər hansı bir yığıncaqda və ya sevdiyiniz insanla baş-başa olduğunuzda, xoşagəlməz ağız qoxusu sizi pis vəziyyətə sala bilər.Belə hallarda xeyirli bakteriyalardan ibarət olan «Probiotik» məhsullardan istifadə edərək pis bakteriyalarla mübarizə apara bilərsiniz.
Öskürək
Soyuqdəymə səbəbi ilə meydana gələn öskürəyə qarşı bal mükəmməl dərman hesab olunur. Bal öskürəyi yüngülləşdirir və sinəni yumşaldır.
İshal
Bu problemin həllində bananın faydalı olduğu bildirilir.
Burun tutulması
Bu cür problemi olan insanlara çörəkotunu bir qab suyun içində isidib təkrar qurutmaları tövsiyyə olunur. Qurudulan çörəkotunu toz halına gətirdikdən sonra buruna çəkmək burun tutulmasını aradan götürür.
Qrip
Qripə qarşı qara bibəri, limonu, zəncəfili qarışdırmaqla öskürəyə və qripə təsir edəcək təbii eliksir hazırlamaq olar.
Yuxusuzluq
Sakitləşdirici çayların, xüsusilə çobanyastığı çayının rahat yuxu yatmağınıza kömək etdiyi bildirilir.
Çivzələr
Bir çox qadınlar bu problemdən əziyyət çəkməkdədir. Bu problemi həll edən faydalı məhsullardan biri çay ağacının yağıdır. Bu yağdan istifadə etsəniz dəriniz hamar və parıltılı olacaq.
Nərminə Abbasova
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)