Nermine Abbasova

Hansı probemi təbii yolla necə həll etməli?

Baxış sayı: 394

Ağız qoxusu

Hər hansı bir yığıncaqda və ya  sevdiyiniz insanla baş-başa olduğunuzda, xoşagəlməz ağız qoxusu sizi pis vəziyyətə sala bilər.Belə hallarda  xeyirli bakteriyalardan ibarət olan «Probiotik» məhsullardan istifadə edərək pis bakteriyalarla mübarizə apara bilərsiniz.

agiz qoxusu

Öskürək

Soyuqdəymə səbəbi ilə  meydana gələn öskürəyə qarşı bal mükəmməl  dərman hesab olunur. Bal öskürəyi yüngülləşdirir və sinəni yumşaldır.

oskurek

İshal

Bu problemin həllində bananın faydalı olduğu bildirilir.

ishal

Burun tutulması

Bu cür problemi olan insanlara çörəkotunu bir qab suyun içində isidib təkrar qurutmaları tövsiyyə olunur. Qurudulan çörəkotunu toz halına gətirdikdən sonra buruna çəkmək burun tutulmasını aradan götürür.

qrip

Qrip

Qripə qarşı qara bibəri, limonu, zəncəfili qarışdırmaqla öskürəyə və qripə təsir edəcək təbii eliksir hazırlamaq olar.

yuxu

Yuxusuzluq

Sakitləşdirici çayların, xüsusilə çobanyastığı çayının rahat  yuxu yatmağınıza  kömək etdiyi bildirilir.

sizanaq

Çivzələr

Bir çox qadınlar bu problemdən əziyyət çəkməkdədir. Bu problemi həll edən faydalı məhsullardan biri  çay ağacının yağıdır. Bu yağdan istifadə etsəniz dəriniz hamar və parıltılı olacaq.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir