pamada

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Baxış sayı: 485

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağı tövsiyə edir. Hisslərinizin hər şeydən vacib olduğunu deyən ekspertlər bizi əmin edirlər ki, “İstədiyiniz hər şeyi sınamalısınız” şüarı son illərdə gözəllik sənayesində ən populyar tendensiyalardan biridir. Buna baxmayaraq, hər bir xanımın üz quruluşuna, göz və dəri rənginə xüsusilə yaraşan rənglər var.

Makiyaj ustası Anastasiya İqnatova dəri tonuna uyğun olan mükəmməl pomada rəngini tapmağın qaydalarından danışır.

 

Rəng tipini necə müəyyənləşdirməli?

Rəng növü görünüşün bir neçə xüsusiyyətlərindən ibarətdir. Gündə qaralmamış təbii dəri tonu, saçın təbii rəngi və gözlərin rəngi. Anastasiya İqnatovaya görə, pomada alarkən bu xüsusiyyətlərə diqqət yetirmək vacibdir.

Mütəxəssislər görünüşü isti və soyuq olmaqla iki yerə ayırır. Vizajist yayı və qışı soyuğa, yaz və payızı isə isti növə aid edir.

“Yay” rəng növünün xüsusiyyətləri: çəhrayı alt tonu olan dəri, soyuq rəngdə saçlar və gözlər;

“Qış” rəng növünün xüsusiyyətləri: açıq gözlər, tünd saçlar və parlaq dəri;

“Bahar” rəng növünün xüsusiyyətləri: açıq rəngli gözlər, saç və dəri;

“Payız” rəng növünün xüsusiyyətləri: qara və ya tünd dəri tonu, parlaq gözlər, kürən saçlar.

 

Dəri tonunu necə müəyyənləşdirməli?

Dərinin alt tonunu müəyyən etmək üçün ekspert biləklərdəki damarların rəngini nəzərə almağı məsləhət görür: mavi damarlar soyuq alt tonun, yaşıl rəng isə isti rəngin üstünlüyünü göstərir.

Bundan əlavə, hansı zərgərlik materialının sizdə daha gözəl göründüyünə diqqət yetirə bilərsiniz. Əgər qızıl daha çox yaraşırsa, isti, gümüşü bəzək əşyaları daha çox yaraşırsa, deməli, soyuq alt dəri tonunuz var.

Son üsul ağ salfet və ya kağız vərəqidir. Onları makiyajsız təmizlənmiş üzünüzə yaxınlaşdırın və kağızın fonunda dərinin hansı çalara çevrildiyinə baxın, əgər çəhrayı rəng alınırsa, soyuq, sarı alınırsa, istidir.

“Bahar” rəng növü üçün pomadalar – isti rənglərdə parlaq və dolğun rənglər (qırmızı, mərcan)

“Yay” rəng növü üçün pomadalar – soyuq rənglərdə sakit rənglər (gavalı, lavanda)

“Payız” rəng növü üçün pomadalar – isti və sakit tonlar (qəhvəyi, kərpic)

“Qış” rəng növü üçün pomadalar – soyuq rənglərdə parlaq dolğun rənglər (moruq, albalı)

 

Pomada seçərkən diqqət etməli olduğunuz əsas məqam alt tondur.

Anastasiya İqnatova bildirib ki, dəri tonu pomada seçimində mühüm rol oynayır. Rəng növünə deyil, dərinin alt tonuna diqqət yetirməlisiniz, çünki biz həyat boyu daim dəyişirik.

Dərinizin rəngi soyuqdursa, mavi rəngli dodaq boyalarını seçin: lavanda, gavalı, albalı, qaragilə, böyürtkən və ya moruq.

Dərinizin rəngi istidirsə, qırmızı, mərcan, şaftalı, kərpic və ya qəhvəyi pomadaları seçin.

Dərinizin rəngi neytraldırsa, həm isti, həm də soyuq pomada çalarları ilə sınaqdan keçirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir