Loqopedə müraciət etmək bir çox valideyinləri narahat edən məsələdir. Uşağınız üçün narahat olduğunuzu bilirəm. Valideyn olaraq uşağınızın doğulduğu andan indiki yaşına kimi hansı inkişaf prosesləri baş verir bilməyiniz önəmlidir.
Əgər:
* Yeni doğan uşağınız əmmirsə (bu uşağınızda 3 ayına qədər olan bir refleksdir və uşağınızın danışması, qidalanması üçün önəmlidir )
*1.5 ayından stəkandan su içmirsə ( uşağınız burundan düzgün nəfəs almamağın əlamətidir ki, bu halın da nitqə təsiri böyükdür)
* 1.5 ayında söz ehtiyatı və təqlidi yoxdursa
* 2 yaşında nitqdə “k” və “g” hərfləri yoxdursa
*2.5 – 3 yaşında çeynəyə bilmirsə ( uşağınız 6-7 ayından qidalanmasından asılı olaraq çeynəmək istəmirsə bu irəlidə sizə və uşağınıza danışmasında problem yaradacaq. Çeynəmə zamanı dilimiz fırlanır ki , bu da r səsini düzgün söyləməsi üçün önəmlidir)
* 3 yaşında uşağınız danışarkən dilini dişlərinin arasına aparırsa (bu hal diş deformasiyasına səbəb olur və nitqi gecikdirir).
Loqoped Qərənfil Nəzərova