depressiya

Yaz depressiyasının səbəbləri və çıxış yolları – EKSPERT RƏYİ

Baxış sayı: 1. 568

Yazın gəlişi, havaların isinməsi, günlərin uzanması, səmada günəşin tez-tez görünməsi xoş duyğular yaradır. Lakin yazın gəlişi heç də hamıya xoş əhval-ruhiyyə bəxş etmir. Başqa sözlə, bəzi insanlarda bədənindəki bioritimlərin və hormonal balansların kəskin dəyişməsi bahar, yaz depressiyası yaradır. Yaz fəsilinin gəlməsi özü ilə bu problemi də gətirdiyindən ondan çıxış yolları haqda danışmağı labüd hesab etdik və bu məqsədlə “Gencaile.az” saytının daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.

almara Melikova

Psixoloq bildirdi ki, yaz depressiyası baharda başlayan və hər il eyni vaxtda müşahidə edilən vəziyyətdir. Həmin halı yaşayanlarda fizioloji problemlər üzə çıxır, sinirlərdə gərginlik formalaşır. günəş şüalarının təsirindən orqanizmdə yaranan melatonin hormunu miqdarında olan dəyişikliyi göstərilir. Hansı ki, bu hormon insanın əhval-ruhiyyəsini tənzimləyir. Digər hormon isə “xöşbəxtlik hormonu” adlandırılıan serotonin maddəsidir ki, mövsüm depressiyalarında bu hormonun rolu mövcuddur. Belə ki, yaz mövsümündə  insanın beynində serotoninin miqdarında azalma baş verir və bu da insanda depressiya yaradır.

Saytımıza açıqlamasında Almara xanım depressiyanın fəsadlarından da söz açdı: “Bizi narahat edən əsas məsələ depressiyanın yaratdığı sonrakı fəsadlardır. Bu həm fərdin ətrafı ilə ünsiyyətinə təsir göstərir, həm də bəzi psixoloji xəstəliklərin yaranmasına rəvac verir. Məlum olduğu kimi, depressiya bir xəstəlikdir və nəzəriyyədə də xəstəlik kimi qəbul olunub. Bir çox bədbəxt hadisələr var, hansı ki, biz onlara tez-tez mətbuatda rast gəlirik, onların əksəriyyəti depressiyadan əziyyət çəkən insanlardadır. Onlar sonradan öz durumlarını çıxılmaz bir vəziyyət kimi qəbul edir, həyatın sonu kimi dəyərləndirir və xoşagəlməz addımlar atırlar. Onu da qeyd etmək istəyirəm ki, bir çox fiziki xəstəliklərin yaranmasında depressiyanın özü çox böyük rol oynayır. Bu gün stressdən, depressiyadan dolayı bir çox xəstəliklərin kökündə həmin psixi pozğunluqların təsirini görürük. Buna görə də mütləq şəkildə tədbir görmək lazımdır.

“Yaz depressiyasından özümüz necə çıxa bilərik” sualı ətrafında da fikirlərini bildirən mütəxəssis aşağıdakıları dedi:”Əlbəttə, ilk olaraq özümüzdə bu halı hiss etdiyimiz andan vəziyyətdən çıxış axtarmağımız labüddür. Ancaq bəzən görürük insan depressiv halın o dərəcədə dibinə çatır ki, özü də depressiyada olmağını hiss etmir və bunu qəbul etmir. Bir psixoloq kimi deyə bilərəm ki, ilk olaraq mühiti dəyişmək lazımdır. Harasa gəzməyə, xüsusən təbiət qoynuna getmək, dostlarla birlikdə sevdiyin işi görmək müsbət təsir edir. Bilirik ki, kəndlə şəhər həyatının ritmi eyni deyil. Şəhərdə həyat daha sürətlə gedir və yorucu olduğu üçün insanların psixologiyasına daha mənfi təsir edir. Kənddə isə təbiət insanı sakitləşdirir. Ancaq qeyd edim ki, ən pis ağırlaşmış hallarda isə bu üsul effektiv deyil. Çünki insanda depressiv hal artıq xroniki hala keçid edir. Biz psixoloqlar  bizə müraciət edən depressiv respondentlərimizə ilk öncə lazımi testlər işlədərək onların depressiya şkalası üzrə neçə bal topladığna da nəzər edərək nəticə çıxardırıq. Əgər yungül depressiya halıdırsa, tək psixoloji terapiya ilə yardım edirik, ağır depressiya hallarında psixoterapiya ilə yanaşı  mütləq medikomentoz müalicə də təyin olunmasını tövsiyə edirik və həkim psixiatorla koordinasiyalı şəkildə çalışırıq. Ağırlaşmış depressiya  ailədaxili aqressiya və bəzən də intiharlara gətirib çıxarır.”  Calışmaq lazımdır ki, depressiya derinləşməmiş və ya xroniki hala çevrilməmiş zamanında doğru mütəxəssisə müraciət edərək qarşısı alınsın.”

 

Hazırladı: UĞUR




6 şərh “Yaz depressiyasının səbəbləri və çıxış yolları – EKSPERT RƏYİ

  1. Musa Adilova

    Bu ərəfələrdə insanların ətraflarında aqressiv və əsəbi adamların sayı artıb. Yaz depressiyası da bir tərəfdən

    Cavabla
  2. Səbinə Süleymanzadə

    Ətrafdakılar baxırlar ki, məsələn filankəsə bax nə gözəl geyinir, gülür, yanında sevgilisi var. Bunu görən bir sıra insanlar isə beynində şüur altı formalaşdırır ki, yaz gələndə mənim də həyatımda mütləq dəyişiklik olacaq. Bu dəyişiklik baş verməyəndə isə insan ruh düşkünlüyü yaşayır.

    Cavabla
  3. Vasif Ə.

    Depressiya varsa, ondan qorunma yolları da var. Qorunma yollarının başlıcası gecə yuxusuna diqqət etməkdir. Vaxtında yatıb, vaxtında oyanmaq lazımdır.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir