bosanma

Ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması ailələrin qorunması məsələsində faydalı ola bilərmi?

Baxış sayı: 1. 712

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk ayı ərzində boşanmaların sayı artıb. Belə ki, ilk ayda 3657 nikah və 1729 boşanma qeydə alınıb. Ötən ilin ilk ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalıb, 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,0-a qədər artıb. Dövlət qurumları isə, bununla bağlı sadəcə müzakirə edə bilirlər. Azərbaycanda ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması təklif edilir. Bəs görəsən, ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması ailələrin qorunması məsələsində faydalı ola bilərmi? Bu suala cavab tapmaq üçün PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.

Almara Melikova

Məsələyə münasibət bildirən psixoloq bu cür addımın atılması uğurlu olacağını qeyd etdi:” Psixoloqlar, sosial işçilər, hüquqşünaslar birlikdə ailələrə dəstək göstərsələr, ailə çəkişmələrinin təsirlərini azalda, eyni zamanda ailələrin bərpasına böyük dəstək ola bilərlər.”

Mütəxəssis onu da vurğuladı ki, ailə institutunun möhkəmləndirilməsi, reprodukdiv sağlamlığın qorunması, ailə dəyərlərinin nəsildən nəslə ötürülməsi, məişət zorakılığının aradan qaldırılması, valideyn məsuliyyətinin artırılması baxımından ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması müsbət hal olardı.

Almara xanımın fikirincə, ailədə azyaşlı uşaq varsa, məhkəmə boşanmanı iki ay təxirə sala bilər və həmin müddət ərzində ər və arvad psixoloqun, sosioloqun xidmətindən pulsuz istifadə edə bilərlər. Düşünürəm ki, ailə psixoloqu institutunun yaradılması ailə institutunun möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Amma birmənalı olaraq bu işə peşəkarlar cəlb olunmalıdır. Hansı ki, ailəni boşanmaya təşviq etmir, əksinə qorumağa çalışır. Ailə həkimi varsa, deməli, ailə psixoloqu da olmalıdır.

Ekspert sonda fikirlərini ailə psixologiya institutunun beynəlxalq təcrübədə önəmli yer tutduğunu qeyd etməklə tamamladı: “Ailə psixoloqu institutu bir sıra ölkələrdə inkişaf edib. Başlıca olaraq Fransa, Almaniya, Böyük Britaniya, ABŞ kimi ölkələri göstərmək olar. Bir sıra ölkələrdə belə bir təcrübə var: ailədaxili inzibati xəta törətmiş şəxs mütləq ailə psixoloquna baş çəkməlidir. Əks təqdirdə həmin şəxs 30 gün müddətinə azadlıqdan məhrum edilir. Əlbəttə ki, çoxları dəmir barmaqlıqlar arxasına düşməkdənsə, psixoloqa baş çəkməyi üstün tutur. Belə yanaşma Kanada, Böyük Britaniya və ABŞ-da işə yarayır. Bu, çox yaxşı təcrübədir.”

 

Təqdim etdi: Məsudə Sultan




6 şərh “Ailə məhkəmələrinin, ailə psixologiya institutunun yaradılması ailələrin qorunması məsələsində faydalı ola bilərmi?

  1. Elmira Hüseyn

    Bu gün ailə məsələlərindən danışanda ən narahedici məsələ boşanmaların artmasıdır. Bu mənada beləə bir addım atılması yaxşı hal olardı

    Cavabla
  2. Aysel Memmedzade

    Bu gün psixoloji xidmət istədiyimiz səviyyədə deyil. Psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var.

    Cavabla
  3. Tamaşa

    Ümumiyyətlə, ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları aktiv və məsuliyyətli olmalıdır. Təşəkkürlər psixoloq xanıma

    Cavabla
  4. Kerem İlyasov

    Almara xanım sizce ailenin butovluyunun qorunmasinda psixoloqun rolu nece faizdir?

    Cavabla
  5. Sima Aydəmirova

    Ailə xoşbəxtlik mühitidir. Xoşbəxtliyin olmadığı mühit ailə deyil, sistemdir.

    Cavabla
  6. Melahet Mikayilova

    Psixoloq her hefte maraqli movzuya toxunur. Uje adet etmisem deye saytda gozum axtarir her hefte.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir