usaqlar

Uşaqlar yay tətilini necə keçirməlidirlər? – PSİXOLOQ RƏYİ

Baxış sayı: 2. 292

Artıq tədris ilinin bitməsindən təxminən bir ay keçib. Tətil uşaqlar üçün bitməyini istəmədikləri möcüzəli bayramdır. Valideynlər uşaqları üçün tətili düzgün təşkil etməyə çalışmalıdırlar. Ekspertlərin fikrincə, tətilin maraqlı və səmərəli təşkili uşaqların yeni dərs ilində daha enerjili olmasına kömək edir. Belə ki, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs ilinə həvəslə hazırlaşırlar.

Bəs görəsən, uşaqlar yay tətilini necə keçirməlidir?

almara Melikova

Bu suala cavab tapmaq üçün “Gencaile.az” saytınən daimi eksperti,  PRİM – “Psixososial Reabilitasiya və İnkişaf  Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.

Mütəxəssisn fikirincə, tətil dövründə onlara dərs materiallarının verilməsi yolverilməzdir. Bu növbəti tədris ilində uşağın beyninin yorulmasına səbəb olar. Həmçinin tədris ilinin yekunlaşmasından sonra komputer və bu kimi şeylərdən uzaqlaşması məsləhətdir, çünki yay tətilində uşaqların texnologiyadan uzaq durması onların təbii istirahətinə gətirib çıxardır.

Psixoloq bildirir ki, yay tətili uşaqların istirahəti ilə yanaşı, onların səmərəli vaxt keçirmələri və intellektual inkişafı üçün yaxşı fürsətdir. Birlikdə rəsm çəkmək, kitab oxumaq, sonra müzakirələr aparmaq uşaqlara daha faydalı olar və onların zövqünü formalaşdırar. Bu tapşırıqlar uşaqların rabitəli nitqinin və yazı mədəniyyətinin düzgün formalaşmasına kömək edəcək.

Almara xanım deyir ki, uşağınıza təqdim edəcəyiniz yay tətili fəaliyyətləri planında getdiyiniz yerlərdəki tarixi və təbii zənginlikləri tanımasını təmin etmək, bunlarla əlaqədar söhbət etmək, sizin özünüzlə doya-doya isti anlar, xoş zaman keçirməniz də uşağınızın psixoloji rahatlama yaşayaraq bir çox şey öyrənməsini təmin edəcək.

Ekspert uşaqların həmyaşıdları ilə zaman kecirməsinin də önəmini qeyd etdi:”Bununla bərabər, çalışın ki, övladınız dostluq etdiyi uşaqlarla vaxt keçirsin. Bu, övladınızın sosial ünsiyyət qurmasına çox xeyirlidir.”

 

Təqdim etdi: FATEH




6 şərh “Uşaqlar yay tətilini necə keçirməlidirlər? – PSİXOLOQ RƏYİ

  1. Elşad Əhmədov

    Uşaqlar bütün dərs ili boyunca yay tətilini səbrsizliklə gözləyirlər.Onlar üçün tətil oyun oynamaq, dərs xarici fərqli vaxt keçirmək deməkdir.Amma həqiqətən də uşaq üçün tətil bunlardan ibarətdirmi?

    Cavabla
  2. Fidan Hüseynli

    Yay tətilini uşağın istirahət edərək keçirməsi vacibdir oBununla yanaşı, dərslərdən tam mənasıyla soyumasına imkan verməyən tətil planı tutulmasının doğru olacağını söyləmək lazımdır. Məktəb açıldığı zaman uşağın adaptasiya sıxıntısı yaşamaması üçün mövzunun təkrar edilməsinin faydalı olacağını unutmayın.

    Cavabla
  3. Lamiyə Rasim

    Yay tətili boyunca uşaqlardakı akademik itkinin qarşısını almaq üçün əsas vəzifə valideynlərin üzərinə düşür. Onlar övladları ilə daha çox vaxt keçirməli, onları oxumağa təşviq etməli, müxtəlif intellektual və fiziki xarakterli məşğuliyyətlərə cəlb etməlidirlər. Tətil vaxtı uşaqların beyni daha sərbəst və pozitiv olduğuna görə bu vaxt aldıqları məlumatlar və etdikləri davranışlar onların xarakterində daha dərin izlər buraxır. Buna görə də tətil boyu uşaqların arzuolunmaz insanların təsiri altına düşməsinə imkan vermək olmaz. Onları neqativ və xaotik mühitlərdən uzaq tutmaq, məqsdyönlü, öyrədici istiqamətlərə yönəltmək lazımdır.

    Cavabla
  4. Murad Həsənov

    Yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidir.

    Cavabla
  5. İsa Mehdiyev

    Məktəblilərin yay tətili valideynlər üçün ciddi problemə çevrilib. Bütün gün kompüter qarşısında oyun oynayan, ya da küçə-bacadan yığışmayan uşaqlar nə dərəcədə faydalı istirahətlə məşğuldular?

    Cavabla
  6. Sara Məlikova

    Bəzi insanlar elə başa düşürlər ki, uşaqlar mütləq tətildə dərs proqramları, müxtəlif çalışma və testlərlə yüklənməlidirlər. Əslində belə olmamalıdır. Uşaqlar tətil dönəmini mütləq şəkildə istirahət etməklə keçirməlidirlər. Düzdür, yay tətilində uşaqlar qiraət edə bilər. Lakin bu zaman valideynlər ya uşaqların xarakterinə uyğun kitabları seçməli, ya da seçimi onların özünə həvalə etməlidirlər. Amma bu, məcburi şəkildə yox, əyləncə kimi olmalıdır ki, uşaqlar bunu yorğunluq kimi qəbul etməsinlər.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir