internet

Valideynlər uşaqların internetdə keçirdiyi vaxta belə nəzarət edə bilər

Baxış sayı: 454

“Kaspersky Safe Kids” valideyn nəzarəti həllinin yenilənmiş versiyasında uşaqlar bir kliklə cihazdan istifadə etmək üçün əlavə vaxt istəyə bilər.

İndi valideynlərin bu funksiyanı parametrlərə əl ilə əlavə etməsinə ehtiyac yoxdur – bunun əvəzinə onlar yalnız bildirişi klikləməklə uşağın istəyini təsdiqləməli və ya rədd etməlidirlər. Yeni funksionallıq tətbiq daxilində uşaqlar və valideynlər arasında qarşılıqlı əlaqəni asanlaşdırmaq üçün nəzərdə tutulub.

“Kaspersky”nin keçirdiyi sorğuya görə, Azərbaycanda uşaqların 42%-i gündə bir-iki saat internetdə vaxt keçirir. Valideynlər tez-tez gənc nəslin qadcetlərə ayırdığı vaxtın müddətində problem görür və onu həll etməyə çalışırlar. Beləliklə, sorğuda iştirak edən böyüklərin 76%-i övladının internetdə keçirdiyi vaxtı məhdudlaşdırmağa çalışır.

komputer

Uşaqlar birbaşa tətbiqin əsas ekranından istifadə edərək əlavə vaxt istəyə bilərlər. Amma onlar müddəti özləri seçə bilməzlər, bu məsələ valideynlərin seçiminə bağlıdır. Bundan başqa, əlavə vaxtdan istifadə ilə bağlı ətraflı və vizual statistika həllin əsas versiyasının ana ekranında mövcuddur.

Yeni funksiya “Android” cihazlarından istifadə edən valideynlər və uşaqlar üçün aktivdir. “iOS” cihazından istifadə edən böyüklərin və “Android” cihazına malik uşaqlar da ondan faydalana bilər, həmçinin “macOS” və “Windows” istifadəçiləri də ondan istifadə edə bilər. Gələcəkdə bütün “iOS” cihazı sahiblərinin ondan istifadə edə bilməsi üçün funksionallığın genişləndirilməsi planlaşdırılır.

“Uşağa cihaz verməzdən əvvəl parametrləri, o cümlədən, uşaqların onlarda keçirdikləri vaxtı məhdudlaşdırmağa kömək edən parametrləri təyin etmək lazımdır. Valideyn nəzarəti həlləri müsbət rəqəmsal vərdişlərin inkişaf etdirilməsində böyük köməklik göstərə bilər. Bununla belə, valideynlərin övladlarına onları niyə quraşdırdıqlarını izah etmələri və təbii ki, onların müəyyən etdiyi qaydalara əməl etmələri vacibdir”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir