yaddas

“Polad” yaddaşın sirri…

Baxış sayı: 363

Gənc yaşda bəzi ehtiyat tədbirləri görərək, Alzheimer xəstəliyinə tutulma riskinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Araşdırmalar güclü daimi yaddaşa sahib olmaq üçün  ən vacib sirləri ortaya çıxarıb.

Oksford Universitetində aparılan yeni bir araşdırma göstərir ki, gənc yaşda həyat tərzinizdə tətbiq edə biləcəyiniz bəzi düzgün strategiyalarla yüksək genetik meyliniz olsa belə, Alzheimer xəstəliyinə tutulma şansınızı əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Xüsusilə 50 yaşından sonra vegan ağırlıqlı qidalanma tərzini, minimal işlənmiş qidalarla birləşdirə bilərsiniz. Yəni Omega 3 probiotiklər, antioksidantlar, vitamin və minerallərlə zəngin bir qida seçimini hər gün təkrarlanan 30 dəqiqəlik mülayim bir idman planı ilə birləşdirə bilsəniz Alzheimerla mübarizədə mühüm bir üstünlük əldə edə bilərsiniz.

Keyfiyyətli yuxu ömürü uzadır

Oxford Universitetində aparılan başqa bir araşdırma, yuxunun müddəti və quruluşu kimi dərin yuxu fazalarının müntəzəmliyi və intensivliyinin də depressiyaya qarşı mübarizədə mühüm rol oynadığını açıq şəkildə göstərdi. Bütün yaşlarda, lakin xüsusilə 60 yaşdan sonra sağlam insanların bioloji ritmə diqqət yetirərək keyfiyyətli və adekvat yuxuya getməsi üçün gündə ən azı 6, ən çoxu 9 saat vaxt sərf etməsi sağlam yaşlanmanın əvəzsiz elementlərindən biridir.

Güclü bir yaddaş üçün öyrənməyə davam edin

Yaşla bağlı yaddaş problemləri ilə daha uğurlu mübarizə aparmaq istəyirsinizsə, “məktəbdə qalın!” Tələbəliyinizi davam etdirin və öyrənməyi dayandırmayın. Epigenetik saatla bağlı yeni bir araşdırma göstərir ki, müntəzəm öyrənmə cəhdləri göstərən yaşlı insanlar yaddaş itkisinə daha davamlı ola bilərlər.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir