Nar

Narın sağlamlığa möcüzəvi təsiri

Baxış sayı: 369

Dadı və tibbi faydaları sayəsində bütün dünyada populyarlaşan bir meyvə olan nar, fərdlərin antibiotiklərə qarşı müqavimət qazanmasına kömək edir. Nar suyundakı maddələr hüceyrə yenilənməsini stimullaşdıraraq bədənin müqavimət qabiliyyətini artırır və immunitet sistemini gücləndirir. Folik turşusu, kalium, fosfor, dəmir, C vitamini və lif baxımından olduqca yüksək olan nar, Yapon patentli dərmanlarında göstərilən doqquz bitki qidalarından biridir. Araşdırmalara görə, nar suyunun antioksidant fəaliyyəti yaşıl çaydan təxminən 3 dəfə yüksəkdir. Bütün bunlarla əlaqədar olaraq nar istehsalına və istehlakına tələbat artır.

Qidalanma və Pəhriz Mütəxəssisi Derya Eren bildirib ki, 100 qram nar bir yetkinin ehtiyac duyduğu C vitamininin gündəlik dozasının təxminən yüzdə 16-nı qarşılayır: “Narın birdən çox istehlak üsulu var. Ümumiyyətlə təzə olaraq üstünlük verilməsinə baxmayaraq, əlavə olaraq ədviyyatlılaşdırmaqla, turş sousu hazırlamaqla, meyvə suyu və sirkə kimi müxtəlif formalara çevrilməklə, içkilər qrupuna təravətləndirici bir ətir olaraq əlavə edilməklə və ya çay halına gətirməklə istehlak edilə bilər. Nar çayı, sıxılmış nar dənəsi, qurudulmuş nar çiçəkləri və ya nar suyu konsentratının isti suya əlavə edilməsi ilə asanlıqla hazırlana bilər”.

Derya Eren narın 16 faydasını açıqlayıb:

Toxumdan çıxarılan yağın tərkibindəki maddələr ürək xəstəliklərindən qorunmağa kömək edir;

Nar suyu ekstraktında olan bioaktiv kimyəvi birləşmələr anormal hüceyrə çoxalmasını və şişlərin yayılmasını maneə törədə bilər;

Narın ekstraktı ağciyər, sinə, bağırsaq və prostat xərçənginin aqressiv təsirlərindən qorunmağa kömək edir;

Xolesterolu balanslaşdırır;

Qandakı qlükoza səviyyəsini tarazlayaraq diabetin qarşısını alır;

Sistolik qan təzyiqini aşağı sala bilər;

Prostat vəzi xərçənginin qarşısını alır;

Sümükləri qidalandırır və kalsifikasiyanın qarşısını alır;

İshal əlamətlərini aradan qaldıra bilər;

Otoksidləşmə nəticəsində hüceyrə zədələnməsinin qarşısını alır;

Hüceyrələrarası əlaqədə iştirak edən zülalların əmələ gəlməsinə kömək edir;

Sümük və oynaq iltihablarının qarşısını alır;

Qaraciyərə qoruyucu təsir göstərir;

Reproduktiv sağlamlığa töhfə verir;

Əzələ ağrılarını aradan qaldırır və ağır məşqdən sonra bədənin bərpasını asanlaşdırır;

Ağız sağlamlığını qorumağa kömək edir.

 

Nigar Orucova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir