nar

Bu qırmızı meyvə 6 növ xərçəng riskini azaldır

Baxış sayı: 418

Son araşdırmalar göstərib ki, bir çox insanların sevimli qırmızı meyvəsi 6 növ xərçəngin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər.

Söhbət nardan gedir. Alimlərin araşdırmalarına görə, nar həmçinin metastazların qarşısını almaqda da təsirli rol oynayır. Bu kəşf beynəlxalq tədqiqatçılar qrupu tərəfindən aparılıb. Onlar müəyyən ediblər ki, narın daim istehlakı altı növ onkoloji xəstəliyin yaranma riskini azaldır. Bundan başqa, bu təsiri təkcə narın dənələri deyil, həm də qabığı göstərir.

Eyni zamanda, narın yağı, ekstraktı və şirəsi də bu cəhətdən faydalıdır. Alimlərin fikrincə, narın aşağıdakı xərçəng növlərinin qarşısını almaqda təsiri var:

prostat xərçəngi;
sidik kisəsi xərçəngi;
süd vəzi xərçəngi;
dəri xərçəngi;
ağciyər xərçəngi;
yoğun bağırsaq xərçəngi

Nar

Bu möcüzəvi xüsusiyyətin səbəbi nədir?

Mütəxəssislər bu təsiri narın tərkibində yüksək miqdarda olan antioksidantlar və iltihab əleyhinə maddələrlə izah edirlər. Onlar xüsusilə qeyd edirlər ki, narın müntəzəm istifadəsi xərçəng hüceyrələrinin metastazlaşmasının qarşısını ala bilər. Bu halda, xərçəng hüceyrələrinin orqanizm boyu yayılması prosesi yavaşlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir