Nermine Abbasova

Fizioterapiya – Sağlam həyatın açarı

Baxış sayı: 557

Sağlamlıq hər bir insanın ən qiymətli sərmayəsidir və bu sərmayəni qorumaq üçün müasir tibbin ən mühim sahələrindən biri fizioterapiya və reabilitasiyadır. Bu mövzuda “Gencaile.az” saytına açıqlama verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bir sıra mühüm məsələlərə aydınlıq gətirib.

Həkimin sözlərinə görə, fizioterapiya və reabilitasiya metodlarının düzgün tətbiqi, xüsusilə bədən hərəkətliliyini artırmaq və ağrıları azaltmaq üçün olduqca effektivdir: “Bir çox xəstəliklər və zədə nəticəsində insanların həyat keyfiyyəti düşə bilər. Fizioterapiya isə bədənin funksional vəziyyətini bərpa etmək və xəstəliklərin təsirini minimuma endirmək üçün istifadə olunur. Hər bir xəstəyə fərdi yanaşma tətbiq edirik, çünki hər bir orqanizm özünəməxsusdur.”

Dr. Abbasova, xüsusilə sümük və əzələ sistemində baş verən problemlərə qarşı fizioterapiyanın necə təsirli olduğunu izah edir: “Sümük və əzələ ağrıları, gündəlik həyatımıza ciddi təsir göstərən problemlərdən biridir. Bəzən xəstələr ağrılara dözərək normal həyatlarını davam etdirməyə çalışırlar. Lakin, düzgün fizioterapevtik müalicə bu ağrıları aradan qaldıra bilər və insanların daha rahat bir həyat sürməsini təmin edir.”

 

Reabilitasiya və uzunmüddətli sağlamlıq

Nərminə Abbasova, reabilitasiyanın yalnız zədələrdən sonra bərpa prosesi ilə əlaqəli olmadığını, həm də xəstəliklərin qarşısını almaqda və uzunmüddətli sağlamlığı qorumaqda mühüm rol oynadığını vurğulayır: “Reabilitasiya prosesləri yalnız bədənin fiziki vəziyyətini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda ruhsal və emosional vəziyyəti də müsbət yöndə təsir edir. Xüsusilə yaşlı insanlarda, hərəkətliliyin bərpası onların sosial həyatını zənginləşdirir və psixoloji cəhətdən də onlara dəstək olur.”

 

Fizioterapiyanın preventiv təsiri

Bundan əlavə, həkim fizioterapiyanın yalnız müalicəvi deyil, həm də preventiv funksiyası haqqında danışır: “Fizioterapiya yalnız xəstəlikləri müalicə etməyə xidmət etmir, eyni zamanda sağlam insanların sağlamlığını qorumağa kömək edir. Əgər insanlar mütəmadi olaraq düzgün fiziki məşqlər edirlərsə, fiziki problemlərin qarşısını almış olurlar. Bu, həmçinin iş fəaliyyəti və həyat keyfiyyətini artırır.”

Dr. Abbasova həmçinin, sağlamlığın qorunmasında düzgün həyat tərzinin vacibliyini vurğulayır: “Hər bir müalicə prosesi bədənin balansını və ümumi sağlamlığını nəzərə almalıdır. Hərəkətli həyat, düzgün bəslənmə və stressin idarə olunması sağlam bədəni qorumağa kömək edir. Fizioterapiya və reabilitasiya da bu balansın bir hissəsidir. Bütün bunlar bir yerdə, insanların daha sağlam və xoşbəxt yaşamalarına imkan yaradır.”

Sonda Nərminə Abbasova fizioterapiya və reabilitasiyanın insanlar üçün nə qədər vacib olduğunu və hər kəsin bu müalicə üsullarından faydalana biləcəyini bir daha xatırladıb. Onun fikrincə, hər kəs, yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq, fizioterapiya və reabilitasiya xidmətlərindən yararlanmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir