Ramazan ayı yay fəsli ilə üst-üstə düşdüyünə görə, bir sual insanları çox maraqlandırır: “işləyənlər oruc tutarkən nələrə diqqət etməlidir?”.
Diqqət dağınıqlığı, baş ağrısı, əsəbilik və yorğunluq kimi mənfi halların çox yaşandığı bu ayda sadəcə işləyənlərin deyil, oruc tutan hər kəsin imsaka durması və daha çox bitki çayı içmələri tövsiyə edilir.
Oruc tutarkən mütləq nizamlı qidalanmaya diqqət etməklə yanaşı qidalanmanın 9 qızıl qaydasını bilməliyik. “Gencaile.az” Aile.lent.az-a istinadən bilməli olduğunuz həmin 9 qızıl qaydanı təqdim edir.
Mütləq imsaka qalxın. Qalxmasanız, problemlər və xroniki yorğunluq yaşaya bilərsiz. Əks halda metabolik sürət enir. Halsızlıq, baş ağrısı, yorğunluq və diqqət dağınıqlığı görülə bilər. Uzun müddət ac qaldıqdan sonra iftarda çox yeməyi və qan şəkərinin düşməsini əngəlləmək üçün həzmi yavaş, qida dəyəri yüksək qidalar yeyilməlidir.
İmsak və iftarda çox su içməyi unutmayın. Bədəndəki su miqdarının 20% azalması həyati risk daşıya bilər. Bir sözlə, su qidaların həzmi, artıq maddələrin atılması, bədən istiliyinin tənzimi, oynaqların sürüşkənliyinin təmini, elektrolitlərin daşınması üçün vacibdir.
İftar süfrəsində yeməyin deyil, söhbətin dadını çıxarın. Gün boyu ac qalan mədəyə birdən-birə çox yemək yükləmək sağlıq problemlərinə yol aça bilər. Az-az yemək lazımdır. Yemək yeyərkən tələsməyin.
İftarla imsak arasında iki dəfə yemək yeyin. İftardan imsaka kimi 1-2 dəfə kiçik pors yemək yemək maddələr mübadiləsinin çalışmasına yardım edər.
Qatıq, ayranı iftar süfrəsindən əskik etməyin. Orucu su və xurma ilə açdıqdan sonra şorba, salat kimi yüngül qidalarla davam edin. Əsas yeməyə keçmədən əvvəl 5-10 dəqiqə ara vermək mədəyə faydalıdır. Qatıq, ya ayran mütləq qəbul edin.
Şirniyyat yeməyi təxirə salın. Yeməkdən bir-iki saat sonra hər gün olmamaq şərtilə meyvə, ya da şirniyyat yeyə bilərsiz. Şərbətli, xəmirli olmamasına diqqət edin. Südlü şirniyyat, dondurma da ola bilər.
Qızarmış və duzlu qidaları yeməyin. Susayanda su içməmək təzyiq və ödəm kimi problemlərin ortaya çıxmasına səbəb olur. Susuzluq hiss etməmək üçün iftar və imsakda qızartma, turşu, kolbasa, xəmirli şirniyyatlardan uzaq durun.
İmsak və iftar süfrənizdə çiy tərəvəzlər, meyvə yeyin. Gün boyu qan şəkərinin düşməsini əngəlləmək, mədə boşalmasını gecikdirmək üçün imsakda proteinlə zəngin qidalara üstünlük verilməsi doğrudur. İmsakda yağlı və kalorili ağır yeməklər yerinə yüngül yeməklər yeyin. Meyə və tərəvəzlə zəngin qidalananda toxluq hissi daha uzun müddət qalıcı olur.
Bitki çaylarından faydalanın. İftar və imsakda içəcəyiniz bitki çayları həm maye qəbulunu artırar, həm də həzm funksiyalarının tənzimlənməsinə yardım edir.
İmsakda içdiyiniz darçınlı çaylar qan şəkərinin düşməsini əngəlləyər. Aclıq duyğusunun gec yaranmasına kömək edər. Kəklikotu, nanə yarpağı, gilas sapından hazırlanan çaylar həzm sistemini dəstəkləyir.