aile

Eşqi bitirən 5 davranış

Baxış sayı: 432

Bəzi davranışlar münasibətlərdə normal görünsə də, zamanla ciddi problemlərə, hətta ayrılığa səbəb olur.

Tərəf müqabilinizlə yaşadığınız problemləri adi hesab edərkən, münasibətinizin səssiz-sədasız sona çatdığını fərq etməyə bilərsiniz. Beləliklə, mütəxəssislərin fikirlərinə istinadən sevgini içdən-içə bitirən 5 davranışı təqdim edirik.

 

1) Problemlərdən yan qaçmaq

Mübahisədən qaçmaq, zamanla daha böyük problemlər yaradır. Çünki görməzlikdən gəldiyiniz və ya danışmadığınız hər məsələ böyüyərək yığılır. Buna görə də münasibətdə problemləri açıq şəkildə danışmaq və həll etməyə çalışmaq aranızdakı bağı möhkəmləndirir.

 

2) Bir-birindən uzaqlaşmaq

Bəzən ayrı vaxt keçirmək münasibət üçün faydalı olsa da, partnyorunuzla kifayət qədər birlikdə olmamaq əlaqəni mənfi təsirləyə bilər. Bağınızı gücləndirmək üçün ortaq fəaliyyətlərə vaxt ayırın.

 

3) Kiçik yalanlar demək

Xırda yalanlar sizə zərərsiz görünsə də, münasibətdəki inam hissini zədələyir. Dürüstlük və açıq olmaq sağlam münasibətin ən vacib dayaqlarıdır.

aile

4) Başqları ilə müqaisə etmək

Münasibətinizi gördüyünüz başqa cütlərlə müqayisə etmək narazılıq və narahatlıq hissini artırar. Unutmayın, hər münasibətin özünəməxsus dinamikası var.

 

5) Tərəf müqabilinizi həmişə arxa plana salmaq

Həyatınızdakı digər məsələlərə daha çox önəm verib Tərəf müqabilinizi arxa plana salmaq da münasibəti təhlükəyə ata bilər. Bunun qarşısını almaq üçün ona nə qədər dəyərli və xüsusi olduğunu daim hiss etdirin.

 

Turan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir