Durane Memmedova

Autizm Spektr Pozuntusu nədir?

Baxış sayı: 3. 671

Autizm Spektr Pozuntusu (ASP)  həyatın ilk illərində meydana çıxan və həyat boyu davam edən,sosial-kommunikativ sahədə nəzərəçarpacaq çatışmazlıqlarla xarakterizə olunan neyroinkişaf pozuntusudur.Əsasən sosial ünsiyyət və əlaqə qurmada çətinlik,təkrarlayıcı,qeyri-adekvat davranışlar,fərqli və məhdud maraq dairəsi ilə 3 yaşından tez ortaya çıxan əlamətlər ilə özünü biruzə verir.

Autizm əlamətlərinin başlama yaşı və diaqnozun qoyula biləcəyi yaş valideynlərin tez-tez maraqlandığı suallardandır.Autizmin bəzi əlamətləri var ki,hətta 1 yaşından kiçik uşaqlarda da müşahidə oluna bilər.Ancaq körpə yaşlarda müşahidə olunan simptomlar daha çox “Risk əlamətləri” adlandırılır.Risk əlaməti “autizmin inkişaf ehtimalının” olduğunu bildirir və bu uşağa erkən müdaxilə edilməli olduğunu göstərir.Autizm diaqnozu 18 aydan 2 yaşa qədər olan uşaqlarda daha dəqiq qoyula bilər,lakin daha erkən yaşda əlamətləri göstərən uşaqlarda mütləq həkimə müraciət etmək və lazım gəldikdə xüsusi təhsil proqramına başlamaq lazımdır.Aylara görə autizm risk əlamətləri:

1 aylıq körpə

-Yavaş qidalanır və ya yaxşı əmmirsə,yüksək səslərə və parlaq işıqlara reaksiya vermirsə,

-Diqqətini cəmləmir,hərəkət edən şeylərə baxmırsa,sizinlə göz təması qurmursa mütləq həkiminizlə məsləhətləşin!

3 aylıq körpə

-Başını tuta bilmirsə,əlləri ilə əşyaları tuta bilmirsə,hərəkət edən obyektlərə diqqət yetirə bilmirsə,

-Gülmürsə,sizinlə göz təması qurmursa,yüksək səslərə reaksiya vermirsə,

-Yeni gördüyü üzlərə məhəl qoymursa mütləq həkiminizlə məsləhətləşin!

6 aylıq körpə

-Bədən çox qatı və ya boş görünürsə,başını düzgün tuta bilmirsə,anasını,baxıcısını görəndə gülmürsə,

-Ən azı bir neçə saniyə öz-özünə otura bilmirsə,səslərə və gülüşlərə reaksiya vermirsə,

-Obyektlərə əl uzatmırsa,göz təması qurmursa bu vəziyyətdə həkimə müraciət edin!

6-9 aylıq körpə

-Sevinc ifadəsi göstərmirsə,gülümsədiyiniz zaman sizə gülmürsə,

-Yüksək səslərə reaksiya vermirsə,üz görəndə reaksiya vermirsə,tanıdığı insanlar onu qucağına alanda geri çəkilib ağlayırsa,kömək olmadıqda dik otura və başını yuxarı qaldıra bilmirsə həkimə müraciət edin!

9-12 aylıq körpə

-Əvvəlki bacarıqları itirir,gülümsəmir daha çox donuq halda olursa,

-30 dəqiqədən çox sakitləşmiyəcək dərəcədə ağlayırsa,qucaqlanmaqdan və təmasdan çəkinirsə,

-İnsanlara maraq göstərmirsə,göz təması qurmursa,etdiyiniz hərəkətləri və ya səsləri təkrarlamağa çalışmırsa mütləq həkimə müraciət edin!

ASP-nin yaranma səbəbi:Yaranma səbəbi dəqiq olaraq elmə məlum deyil.Səbəblər arasında irsi faktorlar-genetik mutasiyalar,X xromosom zəifliyi,nəsildə autizm və ya digər psixi problemlərin olması,valideyn yaşının 35-dən yuxarı olması,ananın hamiləlik zamanı infeksiyon xəstəlik keçirməsini göstərmək olar.Aparılan epidemiolojik araşdırmalar nəticəsində ASP olan usaqların sayının gün keçdikcə daha da artığı müşahidə edilir,hər doğulan 36 uşaqdan birində Autizm Spektr Pozuntusu aşkarlanır.Cinsiyyət faktorunda oğlanlarda qızlara nisbətən 4 dəfə çox görülür.

Diaqnoz və müalicə:Diaqnoz Psixiyatr tərəfindən qoyulur.Nə qədər erkən diaqnoz qoyularsa uşaq üçün həyati keyfiyyətləri yüksəltmək o qədər asan olar.Müalicə zamanı kompleks üsullardan istifadə edilir.

Autizm spektri pozuntusu (ASP) olan şəxslərin həyat keyfiyyətini artırmaq və onların inkişafını dəstəkləmək məqsədilə müxtəlif elmi əsaslı müdaxilələr tətbiq olunur. Bu müdaxilələr, beynəlxalq tədqiqatlarla dəstəklənmiş və autizmli şəxslərin fərdi ehtiyaclarına uyğun olaraq hazırlanmış metodlardır. Elmi əsaslı müdaxilələr aşağıdakılardır:

ABA (Applied Behavior Analysis) terapiya-Tətbiqi davranış analizi- ABA, autizmli uşaqlara davranışlarını inkişaf etdirmək və mənfi davranışları azaltmaq üçün istifadə olunan ən geniş yayılmış metodlardan biridir. ABA, davranışların izlənməsi və mükafatlandırma sistemləri ilə işləyərək uşaqların müəyyən bacarıqları əldə etməsinə kömək edir.

Dərman müalicəsi:Autizmin müalicəsi yoxdur.Pasiyent dərmanlarla simptomatik müalicə olunur.Məsələn aqressiya hallarında,sakitliyi təmin etmək üçün psixiyatr tərəfindən təyin olunur.

Psixoterapiya,Dil terapiyası:Əsasən koqnitiv davranış terapiyası tətbiq edilir.Həmçinin,loqoped-defektoloqla seanslar mühim yer tutan üsullardandır.

PECS (Picture Exchange Communication System): Bu sistem, sözlü ünsiyyət bacarığı inkişaf etməyən uşaqlar üçün şəkil və işarələr vasitəsilə ünsiyyət qurma bacarığı inkişaf etdirir.

TEACCH (Treatment and Education of Autistic and Communication Handicapped Children): Bu yanaşma, uşaqların müstəqil bacarıqlarını inkişaf etdirmək üçün strukturlaşdırılmış tədris metodlarından istifadə edir. Görsel dəstək və açıq tapşırıqlar vasitəsilə uşaqların daha yaxşı öyrənmələri təmin edilir.

Erqoterapiya (Occupational Therapy): Bu terapiya, uşaqlara gündəlik həyat bacarıqlarını (yemək bişirmək, giyinmək, şəxsi gigiyena və s.) inkişaf etdirməyə kömək edir. Məqsəd, uşaqların daha müstəqil olmalarını təmin etməkdir.

Autizm spektri pozuntusu (ASP) olan şəxslərin müalicəsi və dəstəklənməsi sahəsində bəzi elmi müdaxilələr var ki,onların effektivliyi və elmi əsası yoxdur.

Qida əlavələri və xüsusi dietlər: Bu diet, autizmli uşaqlarda davranış problemlərinin azaldığını iddia edən bir yanaşmadır. Lakin, çoxsaylı elmi tədqiqatlar, gluten və kazein pəhrizlərinin autizmin əsas simptomlarını yüngülləşdirmədiyini göstərmişdir.

Delfin Terapiyası: Delfin terapiyası, autizmli uşaqlar üçün su ilə əlaqəli bir terapiya metodudur, bu terapiyada uşaqların delfinlərlə qarşılıqlı əlaqədə olması nəzərdə tutulur. Bu terapiya, əsasən delfinlərin sosial davranışları və terapötik təbiəti ilə bağlı faydalar təklif edir.

At Terapiyası:At terapiyası (hipoterapiya), otizmli uşaqların fiziki, sosial və emosional inkişafını dəstəkləmək üçün atlarla həyata keçirilən terapiya metodudur. Bu terapiya, atların fiziki hərəkətləri və uşaqların atlarla qarşılıqlı əlaqəsi vasitəsilə həyata keçirilir. Bu terapiyalar, digər daha geniş yayılmış və elmi olaraq təsdiqlənmiş müdaxilələrlə (məsələn, tətbiqi davranış analizi, dil terapiyası və s.) birgə istifadə edildikdə faydalı ola bilər, lakin tək başına müalicə üsulu olaraq qəbul edilməməlidir.

Valideynlər hər hansı bir alternativ terapiya başlamazdan əvvəl, mütəxəssis ilə məsləhətləşməli və autizmli uşağın fərdi ehtiyaclarına uyğun metodları seçməsi vacibdir.Autizm ,fərdlərə dünyaya fərqli bir perspektivdən baxmağa və unikal qabiliyyətlər inkişaf etdirməyə imkan verir.Bu fərq özü ilə zəngin müxtəliflik və yaradıcı potensial gətirir.Hər bir fərd öz güclü tərəflərini kəşf edərək cəmiyyətə töhfə verə bilər və fərqlərimiz bizi daha da gücləndirir.Autizmli fərdlərin dünyasına daha açıq düşüncə ilə yanaşmaq həm onların inkişafına, həm də ətrafımıza dəyər qatmaq deməkdir.

 

Psixoloq Düranə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir