Son illərdə 3–12 yaş arası uşaqlarda aqressiv davranışların artması valideynlərin və mütəxəssislərin ən çox üzləşdiyi problemlərdəndir. Uşaq vurur, qışqırır, əşyaları atır, dişləyir və ya özünə zərər verir – bu davranışlar çox zaman tərbiyə problemi deyil, uşağın daxili emosional ehtiyacının siqnalıdır. Aqressiya öz-özünə yaranmır, arxasında mütləq bir səbəb və ifadə edilməmiş duyğu olur.
Bu məqalədə aqressiyanın səbəbləri, əsas əlamətləri və valideynlərin tətbiq edə biləcəyi effektiv yanaşmalar izah edəcəyəm.
Aqressiya nədir?
Aqressiya – uşağın yaşına və vəziyyətə uyğun olmayan, zərər yönümlü və ya sərt reaksiyalarla özünü ifadə etməsidir. Əksər hallarda uşaq emosiyasını sözlə ifadə edə bilmədiyi üçün davranışla göstərir.
✔ ️Uşaqlarda aqressiya artımının əsas səbəbləri
Emosional ifadə bacarığının zəifliyi:
3–7 yaş arası uşaqlar hisslərini tam izah etməkdə çətinlik çəkdiyi üçün vurur, qışqırır, atmaq kimi davranışlar göstərir.Emosiyanın sözlə deyilməsi öyrədilmədikcə, aqressiya artır.
✔️ Sərhəd və qaydaların ardıcıl olmaması:
Uşaq bir gün icazə verilən davranışın, başqa gün qadağan olunduğunu görürsə, bu qeyri-sabitlik onda reaksiya yaradır. Qaydaların ardıcıl tətbiq edilməməsi aqressiyanı gücləndirir.
✔️Ekran və şiddət yönümlü məzmun
Planşet və telefonda:
-sürətli kadr dəyişikliyi
-zorakılıq səhnələri
-yüksək səs və rənglər
uşağın sinir sistemini həddindən artıq stimullaşdırır və aqressiv davranışa yol açır.
✓Diqqət ehtiyacı:
Bəzən uşaq nəzərdə tutulmayan davranışla diqqət çəkməyə çalışır. Valideyn yalnız uşaq vuranda reaksiya verirsə, uşaq bunu valideynin diqqətini çəkmək üçün silah kimi istifadə edir.
✓ Ailə daxilində gərginlik
Evdə tez-tez mübahisə, qışqırıq və ya emosional gərginlik varsa, uşaq bunu davranışla əks etdirir. Uşaqlar ən çox gördüklərini təkrarlayır.
Valideynlərin aqressiya qarşısında nə etməməsi lazımdır?
✔️ Qışqırmaq və cəza vermək
Cəza aqressiyanı məhv etmir, əksinə, daha çox aqressiya yaradır.
✔️Sən pis uşaqsan etiketləməsi
Şəxslik deyil, davranış hədəf olmalıdır.
✔️ Şiddətlə cavab vermək
Uşaq zorakılığı öyrənilmış model kimi qəbul edir.
✔️Hissini görməzdən gəlmək
“Bunda nə var ki?” kimi ifadələr aqressiyanı artırır.

Aqressiyanı azaltmaq üçün effektiv yanaşmalar:
Hissləri adlandırma
Uşağın yerinə emosiyanı ifadə edin:
“Hazırda çox əsəbləşmisən.”
“Səni duyuram, sən narahatsan.”
✓Qayda və sərhədlərin ardıcıllığı
“Vurmaq olmaz.”
“Atmaq olmaz, amma əvəzində deyə bilərsən ki, əsəbiləşmisən.”
✓Eyni qayda hər gün eyni şəkildə tətbiq edilməlidir.
Alternativ sakitləşmək yolları:
plastilin sıxmaq,
-yumşaq top atmaq,
-kağız cırmaq,
-yastığa vurmaq,
-dərin nəfəs oyunu
kimi fəaliyyətlər kömək edir.
✔️Ekran istifadəsinə nəzarət
Şiddət olan oyun və videolardan tam uzaq tutmaq.
✔️Müsbət modelləmə
Valideyn sakit danışırsa, uşaq da onu təkrarlayır. Uşaqlar “eşitdiklərini deyil, gördüklərini öyrənirlər”.
✔️Müsbət gücləndirmə
Uşaq sakit davrandıqda dərhal tərif etmək davranışı gücləndirir:
“Səbr etdiyin üçün səndən çox razıyam.”
Əgər aqressiya çox güclüdürsə…
Aşağıdakı vəziyyətlərdə mütəxəssisə müraciət vacibdir:
6 aydan çox davam edirsə,
özünə dəfələrlə zərər verirsə,
məktəb və ailə həyatını pozursa.
Psixoloq Nuranə Şərifova
“StartSmile academy”nin təsisçi direktoru













































































































































































Bəzi valideynlər bu məsələyə çox sərt yanaşır. Aqressiyanı yalnız tərbiyəsizliklə əlaqələndirmək düzgün deyil. Hissləri anlamaq və uşağın duyğularını düzgün ifadə etməyə kömək etmək daha vacibdi.
Aqressiyanın səbəbləri çox düzgün qeyd olunub, xüsusilə ekran istifadəsinin uşaqlarda aqressiyaya təsiri barədə danışmaq çox vacibdir. Məncə, hər valideyn bu məqaləni oxuyub uşaqlarına necə yanaşmaları barədə daha yaxşı fikir sahibi ola bilər.
bir sey var ki, bezen cox gozlenilendir. Yeni usaqlarin aqressiyasini tekce pis terbiye ile elaqelendirmek olmaz. Ekran istifadesi ve aile daxilindeki gerginlik de cox boyuk rol oynayir. Mence, bu movzuya daha cox diqqet yetirmek lazimdi. Tesekkurler, faydali yazidi.
Yazıda dediyiniz kimi valideynler daha cox usaqlarinin hissleirni dinlemelidirler.
Menim fikrimce usagin davranislarini terbiye ile elaqelendirmekdense, hisslerini duzgun ifade etmeyi oyretmek daha vacibdi. Meqalede bunu cox gozel izah etmisiz.
Çox valideynlər sadəcə uşağını cəzalandırmaqla məsələnin həll olduğunu düşünürlər, amma əslində, uşağa emosional dəstək göstərmək daha önəmlidi. Məqalə çox faydalıdı, təşəkkürlər.
Cox aktual movzu secmisiniz. Tesekkur edirem Nurane xanim
Usaqlarla bagli problemler gunu gunden artir. Bele yazilara ehtiyac da artir belelikle. Cox sag olun.