Nurane Serifova

Uşaqlarda aqressiya artımı və səbəbləri - "SEANS VAXTI"

Baxış sayı: 1. 031

Son illərdə 3–12 yaş arası uşaqlarda aqressiv davranışların artması valideynlərin və mütəxəssislərin ən çox üzləşdiyi problemlərdəndir. Uşaq vurur, qışqırır, əşyaları atır, dişləyir və ya özünə zərər verir – bu davranışlar çox zaman tərbiyə problemi deyil, uşağın daxili emosional ehtiyacının siqnalıdır. Aqressiya öz-özünə yaranmır, arxasında mütləq bir səbəb və ifadə edilməmiş duyğu olur.

Bu məqalədə aqressiyanın səbəbləri, əsas əlamətləri və valideynlərin tətbiq edə biləcəyi effektiv yanaşmalar izah edəcəyəm.

 

Aqressiya nədir?

Aqressiya – uşağın yaşına və vəziyyətə uyğun olmayan, zərər yönümlü və ya sərt reaksiyalarla özünü ifadə etməsidir. Əksər hallarda uşaq emosiyasını sözlə ifadə edə bilmədiyi üçün davranışla göstərir.

✔ ️Uşaqlarda aqressiya artımının əsas səbəbləri

Emosional ifadə bacarığının zəifliyi:

3–7 yaş arası uşaqlar hisslərini tam izah etməkdə çətinlik çəkdiyi üçün vurur, qışqırır, atmaq kimi davranışlar göstərir.Emosiyanın sözlə deyilməsi öyrədilmədikcə, aqressiya artır.

️ Sərhəd və qaydaların ardıcıl olmaması:

Uşaq bir gün icazə verilən davranışın, başqa gün qadağan olunduğunu görürsə, bu qeyri-sabitlik onda reaksiya yaradır. Qaydaların ardıcıl tətbiq edilməməsi aqressiyanı gücləndirir.

️Ekran və şiddət yönümlü məzmun

Planşet və telefonda:

-sürətli kadr dəyişikliyi

-zorakılıq səhnələri

-yüksək səs və rənglər

uşağın sinir sistemini həddindən artıq stimullaşdırır və aqressiv davranışa yol açır.

Diqqət ehtiyacı:

Bəzən uşaq nəzərdə tutulmayan davranışla diqqət çəkməyə çalışır. Valideyn yalnız uşaq vuranda reaksiya verirsə, uşaq bunu valideynin diqqətini çəkmək üçün silah kimi istifadə edir.

Ailə daxilində gərginlik

Evdə tez-tez mübahisə, qışqırıq və ya emosional gərginlik varsa, uşaq bunu davranışla əks etdirir. Uşaqlar ən çox gördüklərini təkrarlayır.

 

Valideynlərin aqressiya qarşısında nə etməməsi lazımdır?

️ Qışqırmaq və cəza vermək

Cəza aqressiyanı məhv etmir, əksinə, daha çox aqressiya yaradır.

️Sən pis uşaqsan etiketləməsi

Şəxslik deyil, davranış hədəf olmalıdır.

️ Şiddətlə cavab vermək

Uşaq zorakılığı öyrənilmış model kimi qəbul edir.

️Hissini görməzdən gəlmək

“Bunda nə var ki?” kimi ifadələr aqressiyanı artırır.

usaq

Aqressiyanı azaltmaq üçün effektiv yanaşmalar:

Hissləri adlandırma

Uşağın yerinə emosiyanı ifadə edin:

“Hazırda çox əsəbləşmisən.”

“Səni duyuram, sən narahatsan.”

 

Qayda və sərhədlərin ardıcıllığı

“Vurmaq olmaz.”

“Atmaq olmaz, amma əvəzində deyə bilərsən ki, əsəbiləşmisən.”

 

Eyni qayda hər gün eyni şəkildə tətbiq edilməlidir.

Alternativ sakitləşmək yolları:

plastilin sıxmaq,

-yumşaq top atmaq,

-kağız cırmaq,

-yastığa vurmaq,

-dərin nəfəs oyunu

kimi fəaliyyətlər kömək edir.

 

️Ekran istifadəsinə nəzarət

Şiddət olan oyun və videolardan tam uzaq tutmaq.

️Müsbət modelləmə

Valideyn sakit danışırsa, uşaq da onu təkrarlayır. Uşaqlar “eşitdiklərini deyil, gördüklərini öyrənirlər”.

️Müsbət gücləndirmə

Uşaq sakit davrandıqda dərhal tərif etmək davranışı gücləndirir:

“Səbr etdiyin üçün səndən çox razıyam.”

Əgər aqressiya çox güclüdürsə…

Aşağıdakı vəziyyətlərdə mütəxəssisə müraciət vacibdir:

6 aydan çox davam edirsə,

özünə dəfələrlə zərər verirsə,

məktəb və ailə həyatını pozursa.

 

Psixoloq Nuranə Şərifova

“StartSmile academy”nin təsisçi direktoru




8 şərh “Uşaqlarda aqressiya artımı və səbəbləri – “SEANS VAXTI”

  1. Xanım Abdullayeva

    Bəzi valideynlər bu məsələyə çox sərt yanaşır. Aqressiyanı yalnız tərbiyəsizliklə əlaqələndirmək düzgün deyil. Hissləri anlamaq və uşağın duyğularını düzgün ifadə etməyə kömək etmək daha vacibdi.

    Cavabla
  2. Cəmalə Mirzəliyeva

    Aqressiyanın səbəbləri çox düzgün qeyd olunub, xüsusilə ekran istifadəsinin uşaqlarda aqressiyaya təsiri barədə danışmaq çox vacibdir. Məncə, hər valideyn bu məqaləni oxuyub uşaqlarına necə yanaşmaları barədə daha yaxşı fikir sahibi ola bilər.

    Cavabla
  3. Afaq Şirinova

    bir sey var ki, bezen cox gozlenilendir. Yeni usaqlarin aqressiyasini tekce pis terbiye ile elaqelendirmek olmaz. Ekran istifadesi ve aile daxilindeki gerginlik de cox boyuk rol oynayir. Mence, bu movzuya daha cox diqqet yetirmek lazimdi. Tesekkurler, faydali yazidi.

    Cavabla
  4. Eıbrus Abbasov

    Yazıda dediyiniz kimi valideynler daha cox usaqlarinin hissleirni dinlemelidirler.

    Cavabla
  5. Lalə Ağayeva

    Menim fikrimce usagin davranislarini terbiye ile elaqelendirmekdense, hisslerini duzgun ifade etmeyi oyretmek daha vacibdi. Meqalede bunu cox gozel izah etmisiz.

    Cavabla
  6. Sevinc Haqverdi

    Çox valideynlər sadəcə uşağını cəzalandırmaqla məsələnin həll olduğunu düşünürlər, amma əslində, uşağa emosional dəstək göstərmək daha önəmlidi. Məqalə çox faydalıdı, təşəkkürlər.

    Cavabla
  7. Səriyyə

    Usaqlarla bagli problemler gunu gunden artir. Bele yazilara ehtiyac da artir belelikle. Cox sag olun.

    Cavabla

Cəmalə Mirzəliyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir