Pervin B

Uşaqlarda depressiyanın başlıca simptomları

Baxış sayı: 739

Uşaqlıq dövrü, həyatın ən həssas mərhələlərindən biridir və bu dövrdə emosional və psixoloji dəyişikliklər çox tez baş verə bilər. Bəzən isə, uşaqlar müxtəlif səbəblərdən dolayı depressiya vəziyyətinə düşə bilərlər. Depressiya, yalnız böyüklər üçün deyil, uşaqlar üçün də ciddi bir problemdir. Bəzi uşaqlar ətrafındakı insanlardan emosional dəstək ala bilmir və özlərini yalnız və ümidsiz hiss edirlər. Bu yazıda, uşaqlarda depressiyanın simptomlarını və onların erkən aşkar edilməsinin əhəmiyyətini müzakirə edəcəyik.

 Uşaqlarda depressiyanın simptomları nələrdir?

usaq

1) Depressiv əhval – ruhiyyə

Hissləri aydın şəkildə ifadə edə bilməyə bilər. Uşaq kədərli, narahat və boş hiss edir. Lakin bu kənardan baxanda, uşağın fərqli bir emosional vəziyyətdə olduğunu başa düşmək olar. Onlar əvvəlki kimi şən deyillər, üzlərində, darıxdırıcı kədərli ifadələr olur.Gülüşləri azalır.

 

2 ) Maraq və zövqün azalması

Uşaq artıq əvvəllər sevdiyi fəaliyyətlərdən eyni zövqü almır. Bir müddət sonra oyuncağı ilə oynaya bilər, çünki bu artıq onun diqqətini çəkmir. əvvəllər heç vaxt qaçırmadıqları filmləri televiziyada izləmək istəməyə bilər.

 

 3) Qıcıqlanma

Tez əsəbləşmə, narahatçılıq və reaksiya vermə halı kimi təsvir edilə bilər. Əvvəllər sakit və itaətkar olan uşaq əsəbi, asanlıqla qəzəbli, qışqıran və reaksiya verən hala gəlmişdir. Onlar istəklərinin dərhal yerinə yetirilməsində israr edirlər. Biz tez “xeyr” deyən inadkar olan bir uşaqla qarşılaşırıq.

 

 4) Yuxu problemləri

Yuxu problemləri həddindən artıq yuxu və ya yuxusuzluq kimi özünü göstərə bilər. Bəzi uşaqlar əvvəlkindən daha çox yatmaq istəyirlər. Onlar başlarını yastıqdan güclə qaldıra bilirlər və daim yorğunluq hiss edirlər. Yuxusuzluqdan əziyyət çəkən uşaqlar yuxuya getməkdə çətinlik çəkirlər və saatlarla yataqda yellənirlər. Onlar tez-tez oyanır, səhər tezdən dururlar və oyandıqda özlərini pis hiss edirlər.

usaq qatiller

5) Davranışın, düşüncənin və hərəkətin yavaşlaması

Xarici müşahidəyə əsasən, uşağın hərəkəti, düşüncəsi və nitqində yavaşlama və süstlük müşahidə olunur.  Əvvəlki ilə müqayisədə uşağın hərəkətləri daha yavaş danışırlar. Nitqlərindəki mövzuların müxtəlifliyi də azalır. Tapşırıqlara belə başlamaqda çətinlik çətirlər və başladıqları işi bitirə bilmirlər.

 

6) İştaha problemləri

Depressiyaya düşmüş uşaqlarda iştahanın artması və ya azalması müşahidə oluna bilər. İştahası azalmış uşaqlar tez-tez əhəmiyyətli dərəcədə çəki itirirlər. İştahanın artması daimi yemək istəyinə, toxluğu hiss edə bilməməyə və nəticədə çəki artımına səbəb ola bilər.

usaq

7) Ölüm düşüncəsi

Depressiyaya düşmüş uşaq həyatı dəyərsiz, lazımsız, dözülməz hesab edə bilər. Nəticədə ” kaş ki, öləydim” düşüncəsi dominant hala gəlir və ölüm arzulanır. Bu düşüncə ilə uşaq intihara cəhd edə bilər. Depressiyaya düşmüş uşaq özünü günahlandırmağa meyllidir. Məsələn, anasının xəstəliyinə, atasının işlərinin yaxşı getməməsinə görə özlərini günahkar hesab edə bilərlər. Depressiyanın simptomları uşağın inkişaf səviyyəsindən asılı olaraq dəyişir. Bütün simptomların hər uşaqda olması vacib deyil. *İbtidai sinif şagirdlərində* müşahidə olunan depressiya simptomları yeniyetməlik dövründə müşahidə olunan  simptomlardan fərqlidir. Kiçik yaşlı uşaqlarda qəzəb, qıcıqlanma, anaya həddindən artıq bağlılıq, həddindən artıq utanqaclıq, müxtəlif qorxular, hiperaktivlik, yuxu və iştaha pozğunluqları fiziki şikayətlər daha çox özünü göstərir. Yeni yetmələrdə isə məktəbdəki uğursuzluqlar, narahatlıq, panik ataklar, davranış pozğunluqları, yorğunluq, motivasiya çatışmamazlığı kimi simptomları daha çox rast gəlinir. Yetkinlik dövründə kifayət qədər sıx yayılan bir xəstəlik olduğu artıq hamıya məlum bir həqiqətdir. Uşaqlıq dövründə depressiya misbəti ilə bağlı aparılan araşdırmalar göstərir ki, depressiya nisbəti yaşla artır.

Valideyinlər məktəb və yetkinlik yaşına çatmış övladlarına qarşı daha diqqətli davranmalı, sadalanan problemləri müşahidə etdikdə,

bundan xilas olmaq üçün mütləq mütəxəssis dəstəyi almalıdırlar.

 

Psixoloq Pərvin Bağırova




2 şərh “Uşaqlarda depressiyanın başlıca simptomları

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir