Yəqin ki, çoxunuz gün ərzində övladınıza ən azı bir neçə dəfə bu cümləni deyirsiniz.”Düz otur” “çiyinlərini dik tut” ,”niyə elə əyilmisən” və s.
Bəzən bizə elə gəlirki,bu sadəcə yeniyetməliyin gətirdiyi bir tənbəllik və ya keçici bir vərdişdir.Lakin çox vaxt həmin o “əyilmiş çiyinlər”gələcəkdə öladınızın qarşısına çıxacaq ciddi sağlamlıq problemlərin ilk siqnallarıdır.
Uşaq və yeniyetmələrdə qamət pozuntusu müasir dövrün ən aktual sağlamlıq problemlərindən biridir.
QAMƏT NƏDİR? – İlk olaraq bu barədə məlumatlanaq.
Qamət sadəcə bədənin düz dayanması deyil,daxili orqanların normal fəaliyyəti üçün vacib olan sklet-əzələ balansıdır.Yeniyetməlik dövründə sümüklərin sürətlə böyüməsi əzələ inkişafını qabaqladığı üçün bu dövrdə qamət pozuntularına daha tez-tez rast gəlinir.

QAMƏT POZUNTUSUNUN ƏSAS SƏBƏBLƏRİ
Hərəkətsizlik: Uzun müddət kompyutur və telefon qarşısında hərəkətsiz qalmaq.
Məktəb mühiti: Ağır məktəbli çantaları və parta axrasında yalnış oturuş qaydası.
Psixoloji faktorlar: Yenitetmələrin öz boylarından utanaraq büzüşməsi(çiyinlərin içəri yığılması)
Yalnış qidalanma: Kalsium və D vitamini çatışmazlığı nəticəsində sümüklərin zəifləməsi.

ƏN ÇOX RAST GƏLİNƏN POZUNTULAR:
Skolioz: onurğa sütunun sağa və ya sola doğru “S”ya “C” şəklində əyilməsi.
Kifoz: Kürək nahiyyəsində həddindən artıq qabarıqlıq (belin donqarlaşması)
Lordoz: Bel nahiyyəsinin həddindən artıq içəri doğru batması.
QAMƏT POZUNTUSUNUN FƏSADLARI.
Qamət pozuntusu sadəcə vizual problem deyil,müalicə olunmadıqda aşağıdakılara yol aça bilər.
* Nəfəs darlığı və ağciyər həcminin azalması.
* Daimi bel və boyun ağrıları.
* Həzm sistemi problemləri.
* Özgüvən əskikliyi və depressiv ruh halı və s.

BƏS EV ŞƏRAİTİNDƏ ÖVLADINIZIN QAMƏTİNİ NECƏ YOXLAMALI (SADƏ TESTLƏR ETMƏKLƏ)
*Bzi valideynlər elə düşünürlərki onurğa əyriliyini yalnız həkim rentgenlə görə bilər.
Əslində isə bəzi sadə müşahidələrlə siz özünüz də evdə ilk siqnalları tuta bilərsizniz.
* Övladınızın qamətini yoxlamaq üçün bir neçə sadə addımı izləyin.
“Güzgü “testi (ayaq üstü yoxlanış) Uşağınızı düz bir divarın qarşısında sizə arxası dönük və rahat vəziyyəydə dayandırın bu məqamlara diqqət yetirin
* Bir çiyin digərindən daha yüksəkdə dururmu?
* Kürək sümüklərindən biri digərinə nisbətən daha qarıqdır və ya aşağıdadırmı?
və s.bu kimi halların müşahidə edilməsi artıq bir mütəxəsisə müraciət etmək üçün ciddi səbəbdir.
* Bu kimi problemlərin yaranmasının qarşısını almaq üçün uşağınızın gündəlik həyatında edəcəyiniz kiçik dəyişikliklər :
* Məktəb çantasına nəzarət :(ağırlığına)
* Tək çiyində daşınan çantalra icazə verilməməli.
* Elektron əşyala baxarkən başlarını önə döğru əyməməli.
* Dərs masası arxasında oturuş düz olmalı və s.
Unutmayaq ki, erkən diaqnoz qoyulduqda uşaqlarda və yeniyetmələrdə qamət pozuntularının müalicə və kooreksiya etmək mümkündür.
Uşaqlar bizim gələcəyimiz və ən dəyərli əmanətimizdir. Onlara qarşı diqqətli və qayğıkeş olmaq hər bir valideynin vacib borcudur.
Könül Bağırova
Klinik Refleksoterapevt, Sensor İnteqrasiya mütəxəssisi və Reabilitoloq












































































































































































Çox düzgün vurguladiz .
Uğurlar .
Cox faydali meqaledir, usaqda qamet pozuntusuna bu qeder ciddi baxmirdim. Demek ki, vaxtinda nezeret etmek cox vacibdir.
Skolioz ve kifoz barede bu qeder etrafli melumat bilmirdim
Qamet nedir hissesi cox aydin izah edilib. Sklet ezzele balansini bu formada bilmirdim.
Mekteb cantasinin agirligi meselesi dogrudan da boyuk problemdir. Evde mutleq usagin oturusuna daha cox fikir verecem.
Usaqlar bizim en deyerli emanetimizdir, buna gore saglamliqlarina laqeyd qalmamaq lazimdir. Cox gozel ve faydali yazidir.
Usaqlar telefon qarsisinda saatlarla oturur, sonra da qamet eyrilir. Cox aktual movzuya toxunulub.
Qamet pozuntusunun nefes darligi ve hezm problemi yaradacagini bilmirdim. Demek ki, bu sadece gorunus meselesi deyilmis.
Ev seraitinde guzgu testi hissesi xosuma geldi. Sade ve basa dusulen sekilde izah olunub.
Könül xanım mən sizin işlərinizə bələdəm. Həqiqətəndə çox gözəl nəticələr əldə edirsiz.