yemeye ne var 2

Közlənmiş pomidor şorbası belə hazırlanır - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 628

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə közlənmiş pomidor şorbasının hazırlanmasından bəhs edəcəyik.

 

Ərzaqlar:

9 ədəd böyük pomidor

5 diş sarımsak

5 yemək qaşığı zeytun yağı

1 ədəd orta boy soğan

5 stəkan isti su

1 yemək qaşığı pomidor pastası

1 az kəklikotu

1 az duz

1 az qara istiot

yemek

Hazırlanması:

Pomidorları yuyub, ortadan ikiyə bölüb, üstünə zeytun yağı töküb, əvvəlcədən isidilmiş sobaya qoyun və 30 dəqiqə bişirin. Pomidorları sobaya qoyduqdan 15 dəqiqə sonra sarımsağı sobaya atın. Qovrulmuş pomidoru və sarımsağı sobadan çıxarın, qabıqlarını soyun və əzin. Soğanı kiçik kublara doğrayın və yağda qızardın. Tomat pastası əlavə edin. Soğanlar yaxşıca qızarana qədər bişirməyə davam edin. Bişdikdə əzilmiş sarımsağı əlavə edin. Sonra qovrulmuş pomidor və qaynar su əlavə edin. Pomidorlar yaxşıca bişənə qədər bişirin. Duz və ədviyyat əlavə edin. Qatılaşmağa başlayanda ocaqdan çıxarın və qarışığı blenderə qoyun.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir