Qələm və kağız götürün. Sualları diqqətlə oxuyun və topladığınz balları yazın. Amma suallara tələsik yox, düşünülmüş və doğru cavab yazın.
1.Dondurma yeməyi sevirsənmi?
Hə-8 bal, yox-5 bal
2.Kinonun maraqlı yerində gözləriniz yaşarırmı?
Hə-5 bal, Yox-1 bal
3.Qonşularınızla münasibətləriniz yaxşıdırmı?
Hə-10 bal, Yox-3 bal
4.Həsrətində olduğun kitabı almaq üçün saatlarla növbəyə durarsanmı?
Hə-10,Yox 16 bal
5.Məktəbyaşlı uşaqlarla oynamağı sevirsən?
Hə-10 bal, Yox-3 bal
6.İlk baxışdan aşiq olmaq mümkündürmü?
Hə-5 bal, Yox-10 bal
7.Uzun uzadı telefonla danışmağı xoşlayırsanmı?
Hə-1 bal, Yox-5 bal
8.İdmanın heç olmasa bir növü ilə məşğul olursanmı?
Hə-10 bal, Yox-2 bal
9.Evinə çağırılmamış qonaq gəlsə qanın qaralarmı?
Hə-15 bal, Yox-5 bal
10.Çağırılmadan qonaq gedirsənmi?
Hə-3 bal, Yox-10 bal
11.Şəhər nəqliyyatında rahat yerini başqasına ürəklə verirsənmi?
Hə-10, Yox-2 bal
12.Pullu toya həvəslə gedirsən?
Hə-1 bal, Yox- 9 bal
13.Xoşuna gələn şeirləri əzbərləyib yeri gələndə tanışların üçün söyləyirsən?
Hə-10 bal, Yox-3 bal
14.Moda ilə geyinməyə aludəsən?
Hə-5 bal, Yox-8 bal
15.Televiziya ilə gənclər üçün verilən bütün verilişlərə baxırsan?
Hə-10 bal, Yox-3 bal
16.Düşüncə.az saytını daima izləyirsiniz?
Hə-15 bal, Yox-1 bal
İndi də topladığınız balları hesablayın. Əgər 130 dan çox bal toplamısınızsa deməli xasiyyətiniz yaxşıdır, nikbin adamsınız. Qohumlarınız, tanışlarınız sizi ürəkdən sevirlər və siz bütün məclislərin yaraşığısınız.
Əgər 130-dan aşağı bal toplamısınızsa xasiyyətiniz yaxşıdır. Sizi hər yerdə yaxşı qarşılayıb, hörmətlə yola salmaq olar.
Əgər 100-dən az bal toplamısınızsa gərək xasiyyətinizi və ətrafdakılara qarşı olan münasibətlərinizi dəyişdirəsiniz.
Əgər 70 dən az bal toplamısınızsa vəziyyət bir qədər gərginləşir. Siz öz barənizdə əməlli-başlı fikirləşməlisiniz. Əməlli-başlı…. Hələ gec deyil.
Hazırladı: Fuad Əsədov