Xəbərdarlıq: Körpələri əzizləyərkən şikəst də edə bilərsiniz

Baxış sayı: 1. 584
Körpəni əzizləmək məqsədilə etdiyiniz bəzi hərəkətlər, onları ayaqda yelləmək, havaya atıb-tutmaq, heç təxmin etmədiyiniz xəstəliklərə yol aça bilər.
Tibb ekspertləri körpələrlə oynayarkən və ya onları yatırdarkən bəzi hərəkətlərə diqqət edilməsinin vacib olduğunu bildirirlər, yol verilən təhlükəli davranışlarla bağlı xəbərdarlıqlar edirlər.
Mütəxəssislərin fikrincə, körpələri havaya ataraq, əzizləmək onlarda bağırsaq düyünlənməsinə səbəb ola bilər.
Bu mövzuda 6 ay-2 yaş arası körpələrə qarşı daha həssas yanaşmaq lazımdır. Körpələr havaya atıldığında daxili orqanları zədələnə, funksiyasını itirə bilər. Bu zaman xüsusən də körpələrdə bağırsaq dolaşması ehtimalı böyükdür.
Bundan əlavə, yuxarı atılan körpənin başının tavana dəyməsi və ya tuta bilmədikdə yerə yıxılması nəticəsində meydana gələcək zədələr sağalmayan xəsarətlərə, hətta ömürlük şikəstliyə də səbəb ola bilər.
Körpələri ayaqların üzərində silkələmək düzgün deyil, diz üzərinə qoyub, yırğalamaq daha doğrudur.
Bir çox tibb mütəxəssisi bu qənaətdədir ki, körpələri yatıran zaman ayaqların üzərində yelləmək düzgün deyil. Əgər körpənin bunsuz yatması mümkün deyilsə, onu dizinizin üzərində qoyub, çox yavaş şəkildə yırğalamaq lazımdır. Bu zaman onun yalnız başı deyil, bütün bədəni eyni anda asta-asta yırğalanmalıdır.
Yetkin insanlarda beyin toxuması kəllənin içini tamamilə doldurmuş vəziyyətdə olur. Bu səbəbdən başın silkələnməsi böyüklər üçün problem yaratmır.
Lakin körpələrdə elə deyil və beyin hər hərəkətdə həddindən artıq silkələnir. Bu səbəbdən də körpələri sürətlə yelləmək beyin toxumasında sinir hüceyrələrinin itkisinə yol aça bilər.
Bundan başqa, körpələri qoltuqlarının altından tutaraq qaldırmaq, bu zaman başının sürətlə önə və arxaya gedib-gəlməsi beyindaxili qanamalara səbəb ola bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir