Xüsusi uşaqlar üçün xüsusi geyim

Baxış sayı: 1. 657

Autist uşaq valideyni olan, CNN kanalının keçmiş aparıcısı Lauren Thierry “Independence Day Clothing” adlı geyim markasının əsasını qoymuşdur. Bu geyim markasının əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan əhalinin geyim çətinliklərini aradan qaldırmaq və təhlükəsizliyin təmin edilməsinə yönəldilmişdir.

Motorikasında problemlər müşahidə edilənləri nəzərə alaraq, bu geyimlərdə zəncirbənd və düymələr mövcud deyil. Sensor pozuntuları olanları ən çox qıcıqlandıran geyim etiketləri və krujevalar bu markanın geyimlərində istifadə olunmur. Bütün bunların səbəbilə geyim asanlıqla xüsusi qayğıya ehtiyacı olanın özü tərəfindən sərbəst geyilə bilir.

Üstəlik bu geyimin tərs üzünə və dal-qabaq geyinmək də mümkündür ki, bununla geyimin görünüşü pozulmur. Geyimin tikilişi üçün istifadə olunan bütün materiallar hamar və yumşaqdır.

Bu cür uşaqların bəziləri icazəsiz evdən getməyə və öz-özünə gəzməyə meylli, evə qayıtmağa isə qabiliyyətləri məhduddur. Bu geyimlərdə xüsusi GPS qurğusu gizlədilibdir ki, onun vasitəsilə valideynlər uşağın getdiyi istiqaməti izləyə və minimal narahatlıqla onu tapa bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir