hamilelik bandaj

Hamilələrə xəbərdarlıq! Az su içsəniz…

Baxış sayı: 1. 598

Kifayət qədər su içməmək həyatımızın hər mərhələsində fərqli problemlərə yol açır. Hamiləlik zamanı isə normadan az su qəbul etmək sidik yolu infeksiyası, hətta erkən doğum və düşmə riskini böyük nisbətdə artırır. “Gencaile.az” Aile.lent.az-a istinadən  bu riskdən qorunmağın yollarını təqdim edir.

Hamilələrin az su qəbul etməsi nəticəsində ortaya çıxan ən ciddi sağlamlıq problemlərindən biri də sidik yolu infeksiyalarıdır. Bu problem erkən aşkarlanıb müalicə edilməzsə, erkən doğuş və düşmə riskinə yol açır. Hamilələrin müntəzəm yoxlanışı bu baxımdan çox vacibdir.

Sidik yolu infeksiyası özünü büruzə etmədən ortaya çıxır, sidiyə gedərkən göynəmə və ağrı kimi şikayətlər də olmaya bilər. Bəzən də sadəcə tez-tez sidiyə getmək bu infeksiyanın tək əlaməti ola bilər.

Çay və qəhvə maye itkisinə yol açır

Hamiləliyin xüsusən yay aylarına təsadüf etməsi maye qəbulunu artırmağı tələb edir. Çox tərlədikdə maye itkisi də çox yaşanır ki, bu da özü ilə birgə ciddi problemləri gətirir.

Analar gündə 2 stəkan su, bundan başqa süd və süd tərkibli zəngin mineral içkilər içməlidir.

Qəhvənin tərkibində olan “parakasantin” maddəsi düşmə və erkən doğuş riski daşıdığı üçün gündə 500 milliqramdan çox içmək olmaz.

Çoxlu çay içən analarda dəmir çatışmazlığı görülür. Buna görə çay və qəhvə qəbulunu azaldın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir