Yuxusuzluq problemi ilə üz-üzə qalanlar üçün Harvard Universitetinin professoru Andre Veil möcüzəvi bir formul tapıb. Veilin sözlərinə görə, o, yuxusuzluqdan əziyyət çəkən hər bir şəxsi 76 saniyəyə yatırda bilir. Professor “4-7-8″ və ya ”Rahat nəfəs” adlı formulu haqda sosial mediada açıqlama verib. Üstəlik bu formulun köməyi ilə yüzlərlə adamı kompüter arxasında və ya iş başında ikən yatırda bilib. Yatmayanlar isə uzun müddət sərsəm halda qalıb və əsnəyib. Sadəcə rahat nəfəs alaraq daha tez yatmağın mümkün olduğunu deyən Veil açıqlamasında bu sözləri deyib: “Nəfəs almaq psixologiya və bədəninizdəki sinir sistemi ilə bağlıdır. Çox çətin anlarda belə rahat nəfəs alaraq rahatlaşa və yuxuya gedə bilərsiniz. Saatın neçə olması, səhər, ya da axşam olması yuxu üçün önəmli deyil”.
Hər kəsi 76 saniyədə yatırdacaq formul isə budur:
– Diliniz üst dişlərinizin arxasına dəyəcək şəkildə uzanın;
– Ağzınızı yumub burnunuzdan 4-ə qədər sayaraq nəfəs alın;
– Nəfəsinizi tutun və 7-yə qədər sayın;
– Nəfəsinizi verərkən də 8-ə qədər sayın;
Bu prosesi 3 dəfə təkrarlayın və maksimum 76 saniyədə yuxuda olacaqsınız.