makyaj

Belə makiyaj edən qadınlar kişiləri yoldan çıxarırlar

Baxış sayı: 1. 682

Bütün qadınlar makiyaj etməyi çox sevirlər. Hansı qadının makiyajla arası pisdir ki? Qadınlar həmcinsləri arasında fərqlənmək və daha yaxşı, daha gözəl görünmək üçün makiyaj edirlər.

Bəs görəsən, kişilər qadınların etdikləri makiyaj haqqında nə düşünürlər?

Təbii makiyaj

Kişilər makiyaja qarşı deyillər. Hətta baxımsız, üz-gözü sızanaqlarla dolu, üzünsəki qızarıqlıqlar fərq edilən qadın hər kişinin göz zövqünü poza bilər. Kişilər makiyaj edən qadınları bəyənmədiklərini deyirlər. Əslində isə həddən artıq makiyaj edənləri nəzərdə tuturlar. Etiraf edək ki, qıpqırmızı yanaqlar, gömgöy rənglənmiş gözlər heç biz qadınların da xoşuna gəlmir. Ancaq təəssüf ki, xüsusilə də gənc qızlar arasında düzgün makiyaj etməyi bacarmayanların sayı çoxdur. Təbii makiyaj ən yaxşı seçimdir. Tuş, zərif ənlik və dodaq parıldadıcısı bir qadının xoş görünməsi üçün kifayətdir.

Göz makiyajı

Kişilər çox diqqətçəkən parlaq və tünd rəng göz makiyajını xoşlamırlar. Çəhrayı, sarı kimi çalarlar onlara xoş görünmür. Neytral tonlarda, qara və ya qəhvəyi göz kölgələri ilə edilmiş göz makiyajı sizi kişilərin gözündə bir pillə yüksəldəcək. Yeri gəlmişkən qeyd edək ki, süni kirpiklər də sizi cazibədar göstərməyəcək. Ümumiyyətlə, kişilər qadınların süni saç, kirpik, linza kimi məhsullarla onları aldatmaqlarından nifrət edirlər.

Ənlik

Çəhrayı yanaqlar bir kişinin ürəyini fəth etmək üçün ən güclü silahlardan biri hesab olunur. Müxtəlif araşdırmalar sübut edib ki, kişilər çəhrayı yanaqlı qadınları çox seksual hesab edirlər. Əlbəttə, yüngül bir qızartıdan bəhs edirik, günəşdə qızarmış kimi təbii görünməlisiniz. Ona görə də ənliyi çox az çəkərək bu təbiiliyi əldə edin.

Dodaq makiyajı

Parlaq və tünd dodaq boyaları diqqət mərkəzində olmağınızı təmin edə bilər. Ancaq heç bir kişi tünd dodaq boyası çəkmiş qadını öpməyi xəyal etmir. Onlar təbii dodaqları öpməyə üstünlük verirlər. Odur ki, təkcə dodaq balzamı çəkin və ya dodaq boyası alarkən rənginizə ən yaxın tonlara üstünlük verin.

Dəri

Tonal kremlər kişilərin ən böyük kabusudur. Xüsusilə də bu məhsuldan düzgün istifadə edə bilməyən qadınları kişilərin görməyə gözləri yoxdur. Həqiqətən də üzdə yığılıb qalmış, maskaya oxşayacaq dərəcədə ağır tonal kremlər çəkənlər heç də yaxşı görünmürlər. Ona görə də tonal krem əvəzinə “BB” kremlərdən istifadə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir