yashil cay

Gündə 3 fincan çay içən qadınların sümük əriməsi riski 30% az olur

Baxış sayı: 1. 543

Amerikalı alimlər yaşıl və qara çayın içərisində yüksək miqdarda olan “flavonoid” maddəsinin sümük üçün olduqca önəmli olduğunu açıqlayıblar. Araşdırma zamanı fərqli yaşlarda və fərqli işlərdə çalışan 188 min qadın üzərində təcrübə aparılıb. 10 il ərzində aparılan araşdırmalar göstərib ki, gündə 3 fincan çay içən qadınların sümük əriməsi riski 30% azalıb. Bir fincan yaşıl çayda 90-218 milliqram, bir fincan qara çayda isə 48-138 milliqram flavoid adlı maddə var. Həmin maddə həm də dərini zərərli maddələrdən qoruyur. Yaddaşı gücləndirmək üçün olduqca faydalıdır. Flavoidlə zəngin olan meyvə və tərəvəzlər isə limon, qırmızı meyvələr, pomidor, soğan, gül kələm və üzümdür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir