Havaların isti keçməsi ilə əlaqədar ilan, arı, əqrəb sancmalarının da sayı artıb. Bəs əqrəb sancması zamanı nə etmək lazımdır?
Bunun üçün əqrəb sancan nahiyəni vaxt itirmədən su ilə yaxşıca yuyun, yaranın üst hissəsini qan dövranını pozmamaq şərti ilə bezlə bağlayın. Belə etdikdə zəhərin bədənə daxil olması ləngiyir. Sonra isə xəstəni təcili həkimə çatdırın.
Qeyd: əqrəb olması ehtimal edilən yerləri, həyət-bacanı, evləri yaxşıca dərmanlamaq, yatarkən ehtiyatlı olmaq lazımdır.