Qış gözəlliyinin 10 SİRRİ

Baxış sayı: 1. 562

Havaların soyuması ilə birlikdə qışın təsirlərini dərimizdə hiss etməyə başlamışıq. Quru havalarda üzümüzdən başqa dodaqlarımızın, əllərimizin və saçlarımızın da baxımına diqqət ayırmalıyıq. “Gencaile.az” Aile.lent.az-a istinadən qış ayları üçün kiçik, amma effektli gözəllik sirlərini açıqlayır.

Dodaq pilinqi

Qurumuş və çatlamış dodaqlar gözəl görünmədiyi kimi, həm də adamı narahat edir. Bal və türk qəhvəsini qarışdıraraq dodaqlarınıza dairəvi hərəkətlərlə masaj edin.

Sağlam dərinin ilk addımı nəmləndiricidir

Nəm miqdarı qışda daha az olduğu üçün nəmləndiricilərə daha çox ehtiyac duyulur. Buna görə gündəlik nəm ehtiyacınızı nəmləndirici kremlərlə qarşılayın.

SPF hər zaman bizimlə

Qışda ultrabənövşəyi şüalar bütün gücüylə dərimizə zərər verməyə davam edir. İstifadə edəcəyiniz məhsullarda SPF qorumasına diqqət edərək, dəri ləkələri və qırışlara da erkən müdaxilə edə bilərsiniz.

Gözləriniz qızarmasın

Külək və quru hava həssas gözlərə ziyanlı olduğundan dərmansız duzlu göz yaşı damcıları ilə gözlərinizi nəmləndirib, qızarmasının qarşısını ala bilərsiniz.

1.20 dəqiqə çoxdur

Soyuq havalarda isti su və buxar vannası özümüzü yaxşı hiss etdirsə də, dərimizi qurudur. Duşdan sonra bədən yağı istifadə edin və duşda 10 dəqiqədən çox qalmayın.

Hər zaman baxımlı ayaqlar

Ayaqlarınıza nəmləndirici vurandan sonra yumşaq və isti saxlayan bir corab geyinin. Həftədə bir dəfə ponza daşı ilə ayaqlarınıza masaj edin.

Saç kremi istifadə edin

Qış aylarında istifadə edilən saç kremi saçların rahat daranmasına da kömək edər. Saç uclarındakı qırılmalar üçün saçlarınıza bir neçə damcı zeytun yağı sürtüb geniş dişli daraqla darayın.

Burun qızarmasına diqqət edin

Soyuq havalarda kapilyar damarlarımız qan axının sürətlənməsi ilə genişlənər və burnumuz qızarar. İstilik fərqi bu damarların çatlamasına və qalıcı qızartılara səbəb ola bilər. Burnunuza edəcəyiniz çox isti olmayan kompres bu problemin həllində işinizə yarayacaq.

Dirsəklər çürüməsin

Dirsək, diz və topuq üzərindəki dəri o bölgələrdəki sümük təzyiqini yüngülləşdirmək üçün daha qalındır. Qurumuş dirsəklər həm narahat edər, həm də gözəl görünməz. Gecə yatmadan əvvəl bu hissələrə vazelin sürtməyi unutmayın.

Əlləri unutmayın

Qışda çox təsirlənən nahiyələrdən biri də əllərimizdir. Yüksək nəm tərkibli əl kremləri istifadə edin və açıq havada mütləq əlcək taxın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir