robot

Yapon möcüzəsi iş başında

Baxış sayı: 1. 500

“Carnival Corporation” kruiz şirkəti öz laynerlərində Yaponiyanın “Pepper” robotlarından istifadə edəcək.

Şirkət “Pepper”lərdən istifadəyə dair 1,1 milyon dollarlıq saziş imzalayıb.

Robotlar Yaponiyanın “Aldebaran” şirkəti tərəfindən hazırlanıb.

“Ubr.ua” xəbər verir ki, “Pepper” oxumağı bacaran və insan emosiyalarına reaksiya verən ilk robotdur. Bu robotlar laynerin bortunda qonaqları müşayiət edəcək, restoran və ekskursiya haqda öz tövsiyələrini verəcək.

Robotlar alman, italyan və ya ingilis dillərində danışır.

Məlumata görə, bir “Pepper” robotu “AİDAStella” laynerinin bortunda sınaq müddətini keçib.

“Biz laynerin bortunda robotların xidmətindən istifadə edərək innovasiyalara olan sevgimizi bir daha nümayiş etdiririk”, -“Carnival Corporation”ın tərkibinə daxil olan “Costa” qrupunun icraçı direktoru Maykl Tamm belə deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir