kosmetika

Bir qadın ildə 2,5 kilo kosmetika udur

Baxış sayı: 1. 487

Həkimlər qadınlara kosmetikadan mümkün qədər az istifadə etmələrini məsləhət görürlər. Çünki amerikalı alimlərin araşdırması il ərzində bir qadının kosmetikadan 2,5 kiloqramadək kimyəvi maddə udduğunu müəyyənləşdirib. Araşdırma müəlliflərinin sözlərinə görə, əksər qadınlar 1 gündə orta hesabla 20 müxtəlif kosmetik preparatdan istifadə edirlər.

Biokimyaçı Riçard Bensin sözlərinə görə, bu preparatlar bir-birinə qarışan zaman insan üçün dəhşətli nəticələr verə bilər. Məsələn, adi dodaq boyası ağız boşluğuna düşən zaman tüpürcəkdə və mədədə uzun müddət qalan fermentlərə parçalanır.

Qırışlara qarşı kremlərin tərkibində olan kimyəvi maddələr də dəriyə çəkilən zaman heç bir maneə olmadan qana keçir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir