Bu köynəklə dünyanın heç bir ölkəsində dil problemi yaşamayacaqsınız – FOTO

Baxış sayı: 1. 373
Xaricə gedən bir çoxları dil bilmədikləri üçün çətinlik çəkir. Bu hallarda insan əl hərəkətlərindən istifadə edir. Bəzən də köməyə kalkulyator, yaxud kağız və qələm gəlir. Lakin bunlar çox da rahat vasitə deyil. Üzərində 40 kiçik simvol çəkilmiş kofta bu anda çox gərəyinizə gələr.
Corc, Stiven və Florian adlı 3 isveçrəli macərapərəst bu icadları ilə dünyanı heyrətləndiriblər.
Dil bilmədikləri üçün getdikləri ölkələrdə problemlə üzləşən səyahətçilər işlərini asanlaşdıracaq vasitələr tapmağa çalışarkən ağıllarına belə bir maraqlı fikir gəlir.
Sonuncu dəfə Vyetnamda motosikletləri sındıqdan və ac qaldıqdan sonra “IconSpeak” adlı layihələri üzərində işləməyə başlayıblar.
“Biz dəfələrlə dil baryerini aradan qaldırmaq üçün kağız, xəritə və ya palçıq üzərində şəkil və işarələr çəkməli olurduq, – deyə onlar bildirib. – Düşündük ki, işimizi yüngülləşdirəcək işarələr dəstinin həmişə yanımızda olması pis olmazdı. Bir gün kitabçamızda boş yer qalmadığından yerli əhaliyə fikrimizi çatdıra bilməmişdik. Elə bundan sonra bir çox turistlər üçün faydalı ola biləcək işarələr toplumu olan “IconSpeak”-i yaratmaq qərarına gəldik “.
“IconSpeak” üzərinə səyahət zamanı 40 ən çox lazım olan vasitələrin (qida, su, yanacaq və s. ) simvolu yerləşdirilmiş köynəkdir. Çox sadə olan bu vasitə ilə dünyanın bütün ölkələrində dil bilmədən səyahət etmək mümkündür.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir