1000 dollar

1000 dollarla reallaşdırıla biləcək 7 biznes ideyası

Baxış sayı: 1. 621

Şəxsi biznes qurmaq əksəriyyətin arzusudur. Hətta uğurlu iş yeri və sabit gəlir kimi anlayışlar da şəxsi biznesin yaratdığı üstünlüklərə kölgə sala bilməz. Öz biznesimizin təmin etdiyi rahatlığı, yüksək motivasiyanı və idarə olunan gəlirliliyi başqa heç bir iş əvəz edə bilməz. Amma biznes qurmaq üçün sərmayə lazımdır ki, əksəriyyətdə belə imkanlar olmur. Bəs kiçik sərmayə ilə sərfəli biznes qurmaq mümkündürmü? Cəmi 1000 dollarlıq və ya daha az investisiya ilə yüksək gəlirli biznes qurmağın yollarını təqdim edirik.

1. Audio-kitablar yaradın!

Belə kitablar vaxta qənaət baxımından çox faydalı və arzuolunandır. Ölkəmizə bu sahəyə maraq bir qədər yeni yaranıb deyə, sektoru inkşaf etdirən məhz siz ola bilərsiniz. Xüsusilə onlayn mənbə yaratmaq daha sərfəlidir. İşlərininz uğurla getdikdən sonra, artıq audio dinləməni oxuculara ödənişli əsaslarla təklif edə bilərsiniz.

2. Özünüz istehsal edin, özünüz satın! 

Evinizdə yaxşı bacardığınız nəyisə həm hazırlaya, həm də sata bilərsiniz. Xanımlar, əgər şirniyyat bişirməkdə, əl işlərində bacarqlısınızsa bunu biznesə çevirin. Bu, kişilər üçün də keçərlidir.

3. Fotoqraf olmağı sınayın

Yaxşı bir fotoaparat və xəyal gücünüz sizə kömək edəcək. Daha sonra isə sizə lisenziya, rəsmi veb sayt və komputer lazım olacaq. İnsanlar xoş günlərini fotolarda əbədiləşdirməyi sevir. Fotoqraflar sizə ölkəmizdə heç də pis qazanmır.

4. Şəxsi fitness treyner

Ətrafınızda sıfırdan bu işə başlayıb, sonradan yaxşı qazanan insanlar yəqin ki, var. Ən çox tələb olunan sahələrdən biridir. Köklükdən əziyyət çəkənlərdən tutmuş, toya hazırlaşan və yaxşı bədən forması əldə etmək istəyən gəlin və bəylərə qədər, çoxlarının üz tutduqları məkan fitness zallardır. Bu biznesin çiçəklənməsi isə birbaşa özünüzdən asılıdır.

5. Tərcümə xidmətləri

Əgər əlavə ən yaxşı halda 2 dil biliyiniz varsa, onda heç iş axtarmağa dəyməz. Ola bilsin ki, siz bir xarici dili çox yaxşı bilirsiniz amma heç yazılı tərcüməçiliklə məşğul olmaq barədə fikirləşməmisiniz. Elə isə, bu barədə ciddi fikirləşib, hərəkətə keçin. Tərcümə xidmətindən ölkəmizdə hərgün minlərlə, ən az yüzlərlə fiziki və hüquqi şəxs istifadə edir. Biznesə başlamaq üçün sizə laptop və tərcümə işinə faydalı olan proqram təminatı lazım olacaq. Bir qədər tanındıqdan sonra isə, əminliklə işlərinizin yağ lkimi gedəcəyini deyə bilərik.

6. Onlayn bujiteriya butiki 

İşinizin ağası olmaq üçün isə yüksəksürətli internetə və laptopa ehtiyacınız olacaq. Statistika göstərir ki, bujiteriya internet vasitəsilə ən çox satılan məhsullar arasında ilk yerlərdədir.

7. Camaşırxana və ütü xidməti

Vaxta qənaət, dövrümüzün insanlarının prioritet məqsədinə çevrilib. Bu yolla isə, insanlara vaxtlarını dəyərləndirməkdə kömək edə bilərsiniz. Biznesiniz böyüdükdən sonra isə xidmətə mənzil başından pulsuz götürmə və pulsuz çatdırıma xidmətini də əlavə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir