İngiltərədə aparılan bir araşdırmaya görə, qadınlar ömürləri boyunca saç modellərini ən azı 100 dəfə dəyişdirirlər. 13-65 yaş arasındakı qadınlar saçlarını ildə orta hesabla iki dəfə qısaldır, kəsdirərək dəyişik modellər verdirir (qat vermə kimi), ya da fərqli bir rənglə rəngləyir.
Dəyişikliyin təməl səbəbləri kimi mövcud görünüşdən sıxılmaq, ya da özünə etibarı yenidən qazanmaq olaraq göstərilir. İngiltərədə qadınların 30 faizi bir əlaqənin bitməsi ilə özünü gözəllik salonunda tapır. Rəyi soruşulanların 16%-i saçını yeni bir modeldə kəsdirməyi, ya da rəngini dəyişdirməyi ad günlərində reallaşdırır. 15% isə körpə sahibi olduqdan əvvəl, ya da sonra bunu edir. Rəyi soruşulanların ən azı üçdə biri, heç olmasa bir dəfə yeni saç modelinin “fəlakət” olduğunu etiraf edir. 3 min qadın arasında edilən araşdırmada dalğalı uzun saç ən məşhur saç tərzi olaraq müəyyənləşib.
Sıralamada növbəti yerləri qısa və qatlı saçlar tutur. Tünd qəhvə rəngi ən məşhur saç rəngi sayılır (56%), bunu tünd bal rəngi izləyir.