valideyn

A – dan Z – yə uşaq tərbiyəsi – “QƏBUL OTAĞI”

Baxış sayı: 539

Tərbiyə etmək – əslində təlim vermək deməkdir. Biz övladlarımıza tərbiyə verən zaman necə rəftar edəcəklərini onlara təlim veririk. Yəni, onlara qanunlara riayət etməyi öyrədirik. Bu onlarda təhlükəsizlik hissini gücləndirir. Uşaqlar xoşlayırlar ki, valideynləri həmişə onlardan razı olsunlar. Ailə uşağa bu diqqəti ayırarsa, uşağın psixologiyası sağlam inkişaf edəcəkdir. Lakin hər ailədə tərbiyə üsulları fərqlidir.

valideyn

AVRORİTAR ailə modeli – Bütün qərarları valideynlər qəbul edir. Onlar belə hesab edirlər ki, uşaqlar valideynlərinin iradəsinə tabe olmalıdırlar. Nəticə etibarilə, ailədə uşaqların azadlıqları məhdudlaşdırılır.

LİBERAL – uşağın ailə üzərində təsirinin daha çox olmasıdır. Uşaqlar valideynləri tərəfindən istiqamətləndirilmir. Onların praktiki olaraq ya valideynləri tərəfindən qadağaları və məhdudluqları olmur, yaxud da valideynlərin tapşırıqlarını yerinə yetirmirlər.

DEMOKRATİK – uşağa fiziki və emosional güc tətbiq etmədən sağlam və qarşılıqlı davranış üsuludur.

Valideynlər öz uşaqlarının şəxsi məsuliyyətini, sərbəstliyini təmin edir və bunu rəğbətləndirir. Bu cür tərbiyə üslubu üstünlük təşkil edəndir.

QORUYUCU – uşağın müstəqil və öz başına hər hansı davranışının qarşısını almaqdır. Uşağın hər an nəzarət altında saxlanıldığı, həddindən artıq diqqət və qayğı göstərildiyi ailə modelidir. Bu tip ailədə yetişən uşaqlar, özgü- vənsiz, ailəyə bağlı, zəif olurlar.

Ailələr uşaqlarına  tərbiyəni uşaq ana bətnin də olduğu vaxtdan başlamalıdırlar. Tərbiyə etmək məsuliyyət tələb edir. Tərbiyə təhsil deməkdir. Bir günə öyrədiləcək bir iş deyil. Aramlıq, mətanət istəyir. Övladınız dəfələrlə səhv edəcəkdir, amma o səhləri siz yox uşağınız düzəldəcək. Siz ona onun etdiyi səhvləri səbirlə başa salaraq ona düzgün yolu görsədəcəksiniz. Valideyn bunu da bilməlidir ki, övladı ideal deyildir, onun da səhvləri ola bilər. Bu təfəkkür valideyndə daha az şeylər gözləmək hissini inkişaf etdirəcəkdir. Yəni, valideyn övladından gördüyü bəyənilməyən rəftarlar zamanı tez özündən çıxmır və onu səbirlə başa salır.

Çalışın uşağınızın yaxşı xüsusiyyətlərini görəsəniz və onu tez-tez bu xüsusiyyətlərinə görə tərifləyəsiniz. Bu yolla siz onun hansı xüsusiyyətindən razı qaldığınızı da bildirmiş olarsınız. Və beləliklə uşağınız mənfi və müsbət xüsusiyyətlərini öyrənmiş olacaq.  Uşaqlar ailənin güzgüsü sayıldığından valideynlər uşaqlarının yanın da mübahisə etməməlidirlər , bir birlərini təhqir etməməlidirlər. Çünki valideynlər uşaqlarına nümunə olmalıdırlar. Valideyn necədirsə uşaqlarıda o cürdür. Bu da uşağınızın tərbiyəsini daha çox inkişaf etdirəcək.

valideyn

A – dan Z – yə uşaq tərbiyəsi: 

A – Ağıl verməyin.

B – Başqalarına bənzəməsini gözləməyin !

C – Ciddiyə alın !

D – Duyğularını paylaşmasını öyrədin.

E – Etiraz etməyi öyrədin.

Ə – Əxlaqi dəyərlərinə önəm verin.

F – Fikirlərinə hörmətlə yanaşın.

G – Gülümsəməyi öyrədin.

H – Hörmət edin.

X – Xəyallarını dəstəkləyin.

İ – İnadlaşmayın.

J – Jest edin.

K – Kitabları sevdirin.

Q – Qulluq , qayğı göstərin.

L – Laqeyd davranmayın.

M –  Mehriban olmayı öyrədin.

N –  Nəzakətli olun.

O – Oyun oynayın.

Ö – Önyarqılı davranmayın.

P – Pisi yaxşıdan ayırmağı öyərədin.

R – Realist olmağı öyrədin.

S – Sevməyi öyrədin.

Ş – Şans verin.

T – Tutarlı olun.

U – Utandırmayın.

Ü – Ürəkləndirin.

V – Vaxt ayırın.

Y – Yalan danışmayın.

Z – Zövqlərini öyrənin.

 

Uşaq psixoloqu Yasəmən Səfərzadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir