zumrud haqverdiyeva

Ailə konfliktlərinin psixoloji məzmunu – “SEANS VAXTI”

Baxış sayı: 453

Konflikt- insanların bir-birinə münasibətdə maraq və meylləri çərçivəsində toqquşmalar nəticəsində yaranan mübahisədir. Psixoloji mənada isə konflikt insanlar arasındakı ziddiyyətlər və bu ziddiyyətləri həll etmək üçün edilən cəhdlərə əsaslanan ünsiyyətin növüdür. Konfliktlərin bir neçə təsnifatı vardır:

1) Real konfliktlər (Mövcud ziddiyyətlərlə bağlıdır) Qeyri-real konfliktlər

2) Obyektiv və subyektiv

3) Dərk olunan və dərk olunmayan

4) Məhdud və geniş

5) Açıq və gizli

6) Şəxsi münasibətlərə əsaslanan və fəaliyyətlə bağlı

7) Sosial, iqtisadi, hərbi

8) Şəxsiyyətlərarası, qrupdaxili, qruplararası

9) Qrupun inkişafına müsbət təsir edən və qarşılıqlı münasibətlərə mənfi təsir edən

Hər hansı konfliktdə elementləri vardır: Münaqişənin tərəfləri, obyekti və şəraiti

Obyekti dedikdə,predmeti başa düşülür. Şəraiti dedikdə isə bütün səbəbləri başa düşülür. Tərəfləri dedikdə münaqişədə marağı olan adamlar nəzərdə tutulur.

Konfliktlərin iştirakçı sayından asılı olaraq sadə və mürəkkəb olaraq 2 qrupa ayrılır. Sadə yalnız tərəflərin iştirakı olan, mürəkkəb isə tərəflərdən əlavə digər şəxslərin iştirakı olur.

Ailə konfliktləri qarşı tərəfin maraqlarını nəzərə almadan insanların tələbatı təmin etmək üçün əlverişli şərait yaratmaq cəhdidir. Buna görə hər zaman hər hansı səbəb axtarılır. Misal: Qarşı tərəfə hörmətsiz münasibət, xəyanət, maliyyə çətinliyi və.s ailədə olan konfliktlərin ən əsas mənbəyidir.

Ümumilikdə ailədə konfliktlərin bir neçə əsas tipləri olur. Davranış, açıq, gizli, yalançı, qarışıq.

Ailə konfliktlərinin başvermə səbəbləri aşağıdakıları aid etmək olar;

1) Qarşılıqlı sevgi və hörmətin olmaması

2) Cinsi həyatda imtina

3) Tənbəllik

4) Şəxsi ləyaqət hissinin alçaldılması

5) Liderliyə cəhd

6) Maliyyə məsələlərində fikir fərqlilikləri

7) Sonsuzluq

8) Maraqlarda uyğunsuzluq

Ər-arvad arasında olan konfliktlərin həlli ilk növbədə cütlüklərin bir-birini anlaması, güzəştə getmə bacarığından asılıdır. Konflikt baş verdiyi zaman kənar ailə üzvləri ilə bölüşməkdən qaçının. İlk növbədə bunu özünüz həll etməyə çalışın.

Müasir dövrümüzdə olan konfliktlərdən biri də nəsillərarasıdır. Övlad-valideyn arasındakı konflikti misal göstərmək olar. Bu zaman hər biri özünəxas səbəblərə əsaslanmaqla öz davranışına haqq qazandırır. Ailənin yaşlı üzvü elə hesab edir ki onun təcrübəsi, yaşı buna imkan verir ki, məsləhətə necə tabe olmağa nəzarət etməyə hüququ vardır.

Valideyn -övlad münasibətlərində olan konfliktin meydana gəlməsinin səbəbi, bir yaş dövrünün bitib digərinin başlanması ilə bağlı olur. Təbii ki, bu proses qısamüddətli olur.

Konfliktləri həll etmək üçün ilk addım, qarşı tərəfin maraq və meyllərini nəzərə almaq lazımdır. Öz mənafeyimiz naminə qarşı tərəfi də görməzdən gəlməməyi bacarmağımız lazımdır.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir