aile davasi

“Ailə münaqişələrinin əksəriyyətində kənar müdaxilə amili mühüm rol oynayır”

Baxış sayı: 501

Zorakılıq bütün zamanlarda olub və hazırda da hər yerdə var.

Bu fikirləri “Təmiz Dünya ” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir:

“Bu problem şərqdə də, qərbdə də mövcuddur. Ancaq zorakılığın formaları, məzmunu var. Bəzən məzmun dəyişir, forma dəyişmir. Motiv eyni olsa da, zorakılıq formaları daha qəddar olur. Bu kişinin qadın üzərində hökmranlığı və ya  qadın üzərində öz səlahiyyətlərindən istifadə etməsi, yaxud qadının kişidən kifayət qədər güclü olmasının qarşısını almaq, onu susdurmaq, öz varlığını göstərə bilmək şəklində ola bilər. Zorakılığın əsas mahiyyəti ondan ibarətdir ki, tərəflər arasındakı münasibətdə qarşılıqlı hörmət hissi azdır. Əgər hansı ailədə bir-birinə hörmət varsa, kişi qadının nüfuzunu gözləyirsə, o zaman çox da problem yaşanmır”.

Mehriban Zeynalova

Ekspert bununla yanaşı qeyd edir ki, ümumiyyətlə, ailə münaqişələrinin yaranmasına hər zaman kişilər səbəb olmur: “Bəzən qadın tərəfindən kifayət qədər diqqətin göstərilməməsi, ailədəki psixoloji məqamlar, qadının müəyyən ifadələr, xüsusən də söyüş işlətməklə kişini zorakılıq törətməyə təhrik etməsi də zorakılıq hallarının baş verməsinə səbəb olur. Doğrudur, heç kim heç kimə qarşı zorakılıq törətməməlidir. Amma bəzən qadınların özləri zorakılığın baş verməsi üçün münbit şərait yaradırlar. Burada psixoloji faktorlar, kənar müdaxilələrin edilməsi də ailələrdə münaqişələrin yaranmasına səbəb olur. Ailə münaqişələrinin əksəriyyətində kənar müdaxilə amili mühüm rol oynayır”.

 

Sevinc Osmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir