aksesuar

Aksessuar stildə yol verdiyimiz səhvlər

Baxış sayı: 1. 411

Bir çoxlarımız geyinərkən, aksessuar seçərkən çalışırıq ki, fərqli olsun, diqqət cəlb etsin. Ona görə də bəzən rəngləri qatırıq bir-birinə, bəzən böyük əşyalardan istifadə edirik. Ki bu da, qarşımızdakının gözlərini “deşir”. Bu yazıda stildə yol verdiyimiz səhvlərdən  bəhs etmişik.  Siz də belə səhvlərdən qaçmaq və tərzinizlə yaxşı mənada fərlənmək istəyirsinizs, bu yazıya göz ata bilərsiniz.

Bu dəfəki stildə yola verdiyimiz səhvləri aksessuarlardan yana seçmişik.

İlk başlamaq istəyirik baş örtüklərindən. Havalar soyuyur və soyuq havanın təsiri ilə təbii ki, başımızı da papağın, şlyapanın köməyi ilə örtməyə çalışırıq. Gəldik çıxdıq əsas yerə. Elə bu zaman səhvlərə yol veririk. Necə? Çox sadəcə. Ya bilərəkdən ya da bilməyərəkdən. Onsuz da səhv olub artıq. Gəlin bunu düzəltmək üçün nə edə bilərik, tərzimizi necə düzgün şəkildə danışdıra bilərik, buna baxaq.

Birinci növbədə baş örtüyü kimi istifadə etdiyin aksessuarlar geyimə uyğun olmalıdır. Belə ki, bugün şlyapa qoymaq istəyirsənsə, o zaman gödəkcə geyinməli deyilsən. Onu ya palto ya da ki, plaşla əvəz et. Əgər daha sport bir üst geyimi geyinəcəksənsə, məsələn, balon gödəkcə kimi, onunla ən yaxşı halda rəngə və sənə yaraşmasını nəzərə alıb yun bir papaq qoyaraq tərzini vurğulaya bilərsən.

İkinci növbədə isə bəzək aksessuarlarına toxunmaq istəyirik. Düşünürük ki, qadınların çoxunun yaralı yeri məhz geyimlə istifadə edəcəyi düzgün bəzək aksessuarı seçimidir. Bəli, aksessuar seçmək istedaddırsa, ondan istifadə etmək də incəsənətdir. Sənə verdiyimiz bu ipucları ilə əsl istedadını “incəsənət”də göstərə bilərsən. İndi daha çox minimalizm dövrüdür. Kiçik bəzək əşyaları ilə belə daha eleqant, sadəcə və eyni zamanda tərz görünə bilərsən. Misal üçün, qısa qara paltarla incə bir mirvari boyunbağı, sırqa ənənəvi tərz olsa da, çox zərif və gözəl görünür. Əgər sən mirvarı sevən deyilsənsə, o zaman qısa qara paltarınla iri qırmızı kulonlu boyunbağı istifadə edə bilərsən. Belə etdikdə sən avanqard tərz sahibi olmaqla yanaşı, həm də, diqqətlərdə olacaqsan. Bəzək aksessuarları, adətən, qadının tərzindən xəbər verir. Eyni zamanda da əhvalına təsir göstərir. Bu tip aksessuarlardan imtina etmək isə yolverilməz səhvdir. Ən azı bir qadın kiçik bir üzük və ya kiçik sırqa, ya da ki, ən çox istifadə edilən aksessuar olan saatdan istifadə etməklə tərzinə, geyiminə rəng qata bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir