azer bagirov

Alkaqol asılılığı necə yaranır? – PSİXİATR YAZIR

Baxış sayı: 1. 542

Günü gündən spirtli içkidən daha çox istifadə edən insanda ALKOQOL asılılığı inkişaf edir. Alkaqolun rahatladıcı və əhval-ruhiyəni yüksəldici təsirinə öyrəşən insan onu tez-tez yaşamaq istəyir və onun alkoqoldan dayanıqlı asılılığı yaranır.

Getdikcə alkoqol asılılığı daha da aktual problemə çevrilir. Bu problemdən əziyyət çəkənlərin sayı gündən günə artmaqdadır.

Əvvəl az-az və təntənəli günlərdə spirtli içkilərdən istifadə edən, daha sonra alkoqol qəbulunu və miqdarını tezləşdirir. İnsanın həm miqdar, həm şərait üzərində nəzarəti itir. Yəni alkaqol asılılığı yaranan insan içməyə başladıqda az miqdarda içəcəyinə və müəyyən miqdardan sonra özünü dayandıracağına söz versə də, bunu nail ola bilmir. Artıq bir müddətdən sonra içmək üçün səbəblər axtarmağa, birlikdə içəcək insanlar olmadıqda isə tək içməyə başlayarlar.

Aparılan tədqiqatlarda, dünya əhalisinin 85%nin həyatının müəyyən dönəmində alkaqol ilə tanışmış olduğu düşünülür. Alkaqol istifadəsi olan hər insanda asılılıq yaranmaz. Bir çox insan alkaqol istifadəsini sosial içicilik səviyyəsində davam etdirər. Bu normal davranışdır.

Həftədə 2 gündən daha çox və bir oturuşda 5 standart içkidən daha çox alkaqol istifadə edən insanlar təhlükəli içicilik səviyyəsinə gəlmiş olurlar. Bu alkaqol asılılığının bir pillə əvvəlki etapıdır. Bu dönəmdə müdaxilə edilməz isə, riskli içicilik asılılığa çevriləcəkdir

1 Standard içkidə 14 gr saf alkaqol olur.

Analoqları

1 şüşə pivə (330-360 ml)

1 qədəh şərab (150 ml)

1 kiçik qədəh vodka (araq), viski, cin, rakı (45ml)

Alkoqol asılılığı yaranmış insanın fikirləri ancaq

➡ spirtli içkilərə yönəlir

➡maraq dairəsi daralır

➡insan öz yaxınları, ailə üzvləri yerinə özü kimi fasiləsiz içkidən sui-istifadə edən tanışlarla oturub-durur.

Onlarla birlikdə hər cür yolla alkoqol tapmaq istəyi ən vacib və hətta yeganə məqsədə çevrilir.

➡Yaxınları onu müalicəyə yönəltmək istəyəndə onun agressiv davranışına məruz qalırlar.

➡Alkaqol asılılığı olan insanlara tez özündən çıxmaq, emosiyalarını toplaya bilməmək, əsəb gərginliyi səciyyəvidir.

➡İçkidən xroniki sui-istifadəyə görə insanda alkoqola qarşı öyrəşmə yaranır, və bu o deməkdir ki, orqanizm intoksikasiyaya qarşı artıq mübarizə aparmır.

Bu asılılığın müalicəsi insana, daxili orqanların toxumalarında gedən dağılma proseslərini dayandırmaga, psixikanı bərpa etməyə və əmək qabiliyyətini yüksəltməyə imkan yaradır.

 

Psixiatr, Uzman Həkim Azər Bağırov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir