ushaq

Ana südü uşaqları bundan da qoruyur

Baxış sayı: 1. 958

Uşaqların döşdən qidalanması gələcəkdə ola biləcək hiperaktivlik və diqqət çatışmazlığı psixi pozğunluğundan xilas edir. Bu cür sindrom kifayət qədər geniş yayılmış neyroxəstəlikdir. Adətən uşaq yaşlarında aşkar olunur.

Bu cür sindromu olan uşaqlar konsentrasiya ilə bağlı çətinliklər yaşayırlar. Bəzən sonunu düşünmədən davranışlar edirlər ki, bu da çox təhlükəli olur.

Bu cür sindromun səbəbləri, hələ də, dəqiq bəlli deyil. Ancaq bir sıra alimlər əmindirlər ki, sindromun inkişafında genetik və perinatal faktorlar rol oynayır. /milli.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir