Efsane R

“Aqressivlik-mülayim keçirdiyim dönəmlərin fitrəsidir” – “NATAMAM”

Baxış sayı: 334

– Baxın, ola bilər ki, mən özümə hörmət etməyim. Amma bu o demək deyil ki, o da mənə hörmət etməsin.
– Salam, Aynur. Xoş gördük.
– Başımı itrmişəm. Nə edəcəyimi bilmirəm! İçimdə iki nəfər dalaşır. Biri mülayim, səbrli. Digəri isə heç nəyə tabe olmayan. Mülayim və səbrli tərəfim yorulub, hər şeyi qırıb-dağıtmaq, hamıyla dalaşmaq istəyirəm. Aqressiv deyiləm ha, məncə, mülayim keçirdiyim dönəmlərin fitrəsidir,çıxmalıdır sanki. Adam nə qədər “hər şey yolunda imiş” kimi görünər?! Mən heç vaxt söyüş söyməyən adam ağına-bozuna baxmadan hər şey demək istəyirəm. Alışqansız yanacaq vəziyyətdəyəm. İnsanların məni gic yerinə qoymasınamı yanım, ya mənim özümü o cür təqdim etməyiməmmi? Yoxsa da məni bu qədər müdafiəsiz qoyanamı söyüm?! Bilmirəm, necə sakitləşəcəyimi bilmirəm və artıq boğuluram. Həyatımın balansı pozulub və mən hardan yapışıb düzəltməli oluğumu bilmirəm. Bilməmək cəhənnəm e, nə dəyişib ki, bu qədər aqressivləşmişəm? Onu da tapa bilmirəm… Mənə kömək edin… Boğuluram…
– Bəzi yaralar qanamadan qapanır. Belə olanda axması gərəkən qan, təmizlnməsi gərəkən irin qalır yaranın içində. İlkin vaxtda hər şey tez qaydasına düşür deyə sevinsək də, anlamaq lazımdır ki, qanaması üçün qanatmaq lazımdır, irinin axması üçün yaranı yenidən deşmək lazımdır. Can ağrısa da, gözdən yaş axsa da, ürək nigaranlıq yaşasa da, başqa sağalma üsulu yoxdur. Keçən dəfə bir pasientim öz hissiyyatını anlatmaq üçün “elə bir sinəmin üstündə biri oturub” dedi. Ürəyində olan ağırlığı ifadə etməyin ən yaxşı yoludur bəlkə də bu. İndi sən danışanda da eynisin hiss edirəm. Boğulmaların bu duyğudan ola bilər. Səbəbi çox uzaqda axtarma… Son sinirini dartıb qoparan sitasiya nə, şəxs isə kim olub? Elə ordan başla. Sonrası ardıcıllıqla gələcək.
– (sağ əlin yaxasından boynuna apardı) Hə, bax, buramda kimsə oturub sanki. Və mən onunla yaşamağa məcburammış kimi… Elə bilin, 30 kq kökəlmisiniz. Və bu çəki ancaq bir tərəfinizdədir. Tarazlığım pozulub. Və mən bu artıq “çəkidən” qurtula bilmirəm. Son hadisə?! Son hadisə deyəndə ki, səni personaldan çox “puluyla iş görən” kimi hiss etdirən müəsssisəyə hər gün getmək məcburiyyətindən başlayım, yoxsa, evdə çörək üstündə dalaşan ailədən?! Kaş məndən həyatımın rahat tərəflərin soruşardınız. O haqda daha qısa danışa bilərəm. Ya da susaram ümumən. İndiki halda isə verdiyiniz sual… Cavabım çoxdur, qarışıqdır… Atamın evində mənə xəyanət edən kişiylə ər kimi davranmaq məcburiyyətindəyəm. Baxın, dr, ola bilər ki, mən özümə hörmət etməyim. Amma bu o demək deyil ki, o da mənə hörmət etməsin. Bilirəm, bilirəm ki, başdan səhv elədim mən. Ona həddini və yerini gərək ilk dəfədən bildirərdim. O mənim ailəmin yanında səs eləyə bilməməyimdən cəsarətlənib daha da incitməyə başladı məni. Sonra da atamın xəstəliyi daha da batırdı səsimi… İndi də nə qəbullana bilirəm, nə ata! Səbr etməyə isə artıq yerim qalmayıb. (belə deyib yaxasında olan əli ilə köynəyini dartdı.) Boğuluram dr, ölürəm mən. (qışqıraraq ağlamağa başladı)
– Bu göz yaşı ürəyindəki ağırlığı əridəcək. Çünki sən həmişə güclü görünməyə çalışmısan. İndi isə daxilində gizlənən bir bulaqla öz yanğınına məlhəm olacaqsan… Kiminsə sənin halına ağlaması yox, səni öz göz yaşın sağaldacaq! Cəsarətləndirəcək! Özünə rəva bilmədiklərini yaşamana izin verməyəcək. Ona görə ağlamaqdan qorxma… Ağla, sakitləşəndə çarəni də tapmış olacaqsan. Çünki mənim tanıdığım Aynur özünü bir daha belə görməmək üçün bu yaşadıqlarını özünə rəva bilməz!
– Düz deyirsiniz! Mən özümü belə görmək istəmirəm. Hər şeyin bir çarəsi var. Mən sadəcə nədən başlamalı olduğuma qərar verməliyəm. Təşəkkür edirəm, bu ruh halımda belə məni mühakimə etmədiniz, ağlamağımı acizlik olaraq görmədiniz…
– Özünə belə göstərmək istəmədiyin bu halını mənə etibar etdiyin üçün mən təşəkkür edirəm. Gözündən gələn yaşın ən çox hara axdığına bax… O sənə sıralamada kömək edəcəkdir…
– (Gözü ilə anladığını işarə edib yaxasını düzəldərək otaqdan çıxdı. )

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir