Usaq

Aqressivlik nədir və aqressivliyin qarşısını necə almaq olar?

Baxış sayı: 688

Demək olar ki, bütün yaş dövrlərində valideynlər uşaqlarının aqressivliyindən şikayət edirlər. Ancaq təəssüf ki, valideynlər çox vaxt bu aqressivliyə elə özlərinin səbəb oludqlarını unudurlar. Hətta uşaqlarda aqressivliyin qarşısını almaq əvəzinə öz əks-reaksiyaları ilə onları daha da aqressivləşdirirlər.

Bütün uşaqların özlərinə görə hərəkətli olduqları dövrlər var. Xüsusilə, danışmağa yeni başlayan uşaqlarda belə hallar daha çox müşahidə olunur. Belə hallarda uşağa aqressiv damğası vurmaq səhvdir. Unutmayın ki, aqressivliyin qarşısının alınmasında psixoloji dəstəklə yanaşı, valideynlərin düzgün mövqeyi də çox vacibdir. Buna görə də, hər kiçik hərəkət üçün uşağa aqressiv damğası vurmaq əslində onu aqressivliyə sövq etmək deməkdir.

valideyn

Aqressiv uşaq kimdir?

– Aqressiv uşaq başqalarına zərər verməyə çalışır.

– Bəzən hərəkətlə, bəzən sözlə hücuma keçir.

– İctimai qanunlara tabe olmur.

– Çox vaxt gərgin və əsəbi olur.

– Ətrafındakılarla ünsiyyət qurmaqda çətinlik çəkir.

– Həmişə münaqişəyə hazırdır.

– Problemlərini sülh yolu ilə həll etməyə meyilli deyil.

– Dostluq münasibətləri zəifdir.

– Həmişə fiziki gücünə arxalanır və s.

usaq

Aqressivliyin səbəbləri hansılardır?

1) Orqanik səbəblər: Beyin təbəqəsinin iltihablanması kimi hallar aqressivliyə səbəb ola bilər. Belə vəziyyətlərdə əsasən dərman müalicəsi tətbiq olunmalıdır.

2) Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi: Aqressivliyin ən mühüm səbəblərindən biri də budur. Məlum olduğu kimi uşaqlar çox sürətlə böyüyürlər. Bu böyümə ilə yanaşı onların enerji ehtiyatları da artır və uşaq enerjisini boşaltmağa ehtiyac hiss edir. Burada əsas məsələ uşağın enerjisini düzgün istiqamətləndirməkdir.

3) Uşağın başqalarından nümunə götürməsi: Bu nümunə uşağın öz valideyni, yaxınları, dostları və ya hər hansı bir TV qəhrəmanı ola bilər.

4) TV-dəki zorakılıq səhnələri: Bunun üçün uşağın baxdığı televiziya proqramlarını nəzarət altında saxlamaq lazımdır. Bundan başqa, belə səhnələrə rast gəldikdə, onları şərh etmək və doğru olmadığını vurğulamaq olar.

5) Ailə daxilindəki gərginlik və uşağın zorakılığa məruz qalması: Evdəki gərginlik nifrətə, nifrət isə aqressivliyə səbəb ola bilər.

6) Zorakılığa təhrik: Uşağa istehza etmək və ya uşağın xoşagəlməz sözlərə məruz qalması.

7) Valideynin aqressivliyi artıran reaksiyaları: Məsələn, uşağın aqressiv tələblərini yerinə yetirmək. Bu vəziyyətdə siz bir növ uşağınızın aqressivliyini mükafatlandırmış olursunuz.

 usaq

Aqressivliyin qarşısını necə almaq olar?

1) Hər şeydən əvvəl aqressivliyə səbəb olan amilləri müəyyən etmək lazımdır. Valideyn bu məsələdə lazım gəlsə, bir mütəxəssisdən də kömək ala bilər.

2) Uşağa idmanla və ya musiqi ilə məşğul olmaq kimi enerjisini boşalda biləcəyi alternativlər təklif olunmalıdır.

3) Hansı televiziya proqramlarına baxdığını, kimlərlə dostluq etdiyini nəzarət altında saxlamaq lazımdır. Ancaq bütün hallarda uşağa təzyiq göstərmək olmaz.

4) Ailə daxilində əmin-amanlıq hakim olmalıdır. Zorakılığa yol verilməməlidir.

5) Aqressivliyə aqressivliklə cavab vermək olmaz. Əksinə, aqressiv uşaqla söhbət etməli və qəti şəkildə fiziki gücə yol verməməlisiniz.

6) Uşaq aqressivliyi ilə öz məqsədinə nail olmamalıdır. Valideyn bu məsələdə qətiyyətli olmalıdır.

7) Uşağın fəallığını artırmaq üçün onun üzərinə müxtəlif məsuliyyətlər qoymaq olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir